Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-375/2021 01.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə “Şəxs.” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, “Şəxs.” MMC (ünvanı: Quba rayonu, İqriq kəndi; təmsilçisi: X2; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 21.04.2021-ci il tarixdə Şəxs MMC tərəfindən Türkiyə Cümhuriyyətindən **********12234 nömrəli mal qeydiyyat kodu ilə 61K14300/61K14400 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Qırmızı körpü” gömrük postunda 21.04.2021-ci il tarixdə saat 06:19-da qeydə alınmışdır. Şəxs MMC tərəfindən idxal edilən “canlı ağaclar” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərzisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron qaydada təqdim olunması üçün 19.04.2021-ci il tarixdə saat 14:42:54-də **********9298 saylı qısa idxal bəyannaməsi tərtib edilmiş, lakin mallar gömrük ərizəsinə gətirildikdən sonra yəni 21.04.2021-ci il tarixdə saat 06:41:22-də QİB-ə ödənilməli olan ödənişlər ödənilmiş və sözü gedən qısa idxal gömrük bəyannaməsi 21.04.2021-ci il tarixdə saat 09:00:36-da təsdiq edilmiş və rəsmiləşdirmək üçün göndərilmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məgsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında 27 aprel 2021-ci il tarixli, 01400-0507/21 nömrəli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Şəxs.” MMC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, prokolla tanış olmuş, sürücü onlara xəbər vermədən sərhədi keçmiş, sərhədi keçdikdən 20 dəqiqə sonra onlara məlumat vermişdir. Sürücünün təqsiri üzündən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri Şöbəsindən daxil olmuş 14/012/002490 nömrəli, 22.04.2021-ci il tarixli raportdan görünür ki, 21.04.2021-ci il tarixdə Şəxs MMC tərəfindən Türkiyə Cümhuriyyətindən **********12234 nömrəli mal qeydiyyat kodu ilə 61K14300/61K14400 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Qırmızı körpü” gömrük postunda 21.04.2021-ci il tarixdə saat 06:19-da qeydə alınmışdır. Şəxs MMC tərəfindən idxal edilən “canlı ağaclar” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərzisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron qaydada təqdim olunması üçün 19.04. 2021-ci il tarixdə saat 14:42:54-də **********9298 saylı qısa idxal bəyannaməsi tərtib edilmiş, lakin mallar gömrük ərizəsinə gətirildikdən sonra yəni 21.04.2021-ci il tarixdə saat 06:41:22-də QİB-ə ödənilməki olan ödənişlər ödənilmiş və sözü gedən qısa idxal gömrük bəyannaməsi 21.04.2021-ci il tarixdə saat 09:00:36-da təsdiq edilmiş və rəsmiləşdirmək üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-375/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-375/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver