Məhkəmə qərarları › İş №3(027)-378/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-378/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-378/2025 12.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ DYPB–nin Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:51 radələrində mülkiyyətində olan “VAZ 21213” dövlət qeydiyyat nişanlı, **-VN-*** dövlət qeydiyyat nişanlı Quba şəhəri, Heydər Əliyev prospekti ərazisində “Araz” market tərəfdən şəhərin aşağı istiqamətində hərəkətdə olan zaman köhnə avtovağzal dairəsinə çatanda sol tərəfdən bir maşın gəlirdi. Bu zaman o, həmin avtomobilin sürətinin az olduğunu və xeyli aralı olduğunu gördü, qəza şəraiti yaratmadığından əmin olduğu üçün digər avtomobilə də maneəçilik törətmədən prospektin Xaçmaz yolu istiqamətinə tərəf hərəkətini davam etdirmişdir. Həmin zaman onun Xaçmaz istiqamətində hərəkət etməyi problem yaratmamışdır, əyər yaratsaydı həmin avtomobilin sürücü siqnal verə və ya avtomobilin işıqlarını hərəkətə gətirərdi. Bu halların heç biri baş vermədiyi halda onu polis əməkdaşları saxlamışlar. Ona baş yoldan gələn maşını gözləmədiyi üçün İXM-nin 327.2-ci maddəsi ilə TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı əsasında məlusiyyətə cəlb edib 100 manat məbləğində cərimə etmişdilər. O, buna etiraz etsə də, qəza vəziyyəti yaratmadığını bildirsə də, bərabər hüquqlu yol olduğunu desə də onlar buna məhəl qoymadılar. Qeyd olunanlara əsasən onun barəsində tərtib edilmiş həmin qərar əsassız və qanunsuzdur, bu qərar ilə razılaşmır. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas və sübut olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla, qərəzli formada tərtib edilmişdir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və həmin vaxt manevri rahatlıqla bitirdiyi üçün qərarın ləğv edilməsini xahiş etmişdi. Məhkəmə iclasında Quba RPŞ DYPB-nin əməkdaşı X2 izahatında bildirmişdir ki, baş yoldan gələn maşını gözləmədiyi üçün X3 barədə İXM-nin 327.2-ci maddəsi ilə TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə “VAZ 21213” minik markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Yolun nişanlanması nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu nişanlanmalar yol hərəkət qaydalarını müəyyənləşdirir, yolun istiqamətini və ya yol qurğularının ölçülərini bildirir. Yolun nişanlanmasına yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar aiddir. Yolun nişanlanmasının iki forması var: üfüqi və şaquli. Üfüqi nişanlanmaya yolun hərəkət hissəsinə çəkilən xətlər, yazılar aiddir. Nişanlanmaların nömrəsi olur. Nömrədəki 1-ci rəqəm nişanlanmanın qrupunu, 2-ci rəqəm nişanlanmanın qrupdakı sıra nömrəsini, əgər bu nişanlanmadan bir ədəd deyilsə və onlar mənasına görə bir-birinə çox yaxındırsa 3-cü rəqəm nişanlanmanın həmin növünün nömrəsini göstərir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 inzibati xətada ifadə olunan əmələ münasibəti subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq formasda biruzə vermişdir. Belə ki, X1 izahatından göründüyü kimi, xətanın baş verməməsini manevri başa çatdırması ilə əlaqələndirsə də, digər nəqliyyat vasitəsini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və manevrə başlamamalı olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM –nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* seriyalı qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB–nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar