Məhkəmə qərarları › İş №3(027)-38/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-38/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-38/2021 12.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu Azərbaycan Respublikası DİN-nin Quba RPŞ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏ YYƏN E T D İ M: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin YPX-nin onun barəsində qəbul etdiyi inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə, səhər radələrində, xəstə anası üçün dərman almaq məqsədi ilə daimi yaşayış yeri olan Quba şəhərinin 32- 33-cü kvartalında (Vaqif küçəsi) yerləşən öz fərdi yaşayış evini tərk etmək üçün qanunla müəyyən olunmuş qaydada özümə məxsus şəxsiyyət vəsiqəsinin 13007440 seriya nömrəsini 8103 SMS xidmətinə müvafiq məlumatı göndərərək SMS-lə razılıq aldıqdan sonra, özümə məxsus VAZ 21043 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadığı Vaqif küçəsində hərəkət edərkən Quba RPŞ-nin DYP xidməti əməkdaşları onu saxlayaraq hərəkətə icazəni və hərəkət istiqamətini soruşduqda o, telefonundakı SMS-i onlara göstərərək dərman üçün aptek istiqamətdə hərəkət etdiyini bildirmişdir. Buna baxmayaraq yol polis əməkdaşları ona qarşı AR İXM-nin 211.1 -ci maddəsini qanunsuz tədbiq edərək məni 200 manat məbləğində cərimə etmişlər. Cərimə ilə bağlı İXP protokolu və ya bu barədə qərar ona təqdim edilməmişdir. Hesab edir ki, hərəkətlərimdə inzibati xəta olmayıb, barəsində, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati xətalara dair protokol və həmin protokolla əlaqəli qərar qanunsuz və əsassızdır, qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən X2 DYP-nin hansı qərarından şikayət verməsi məlum deyil. Çünki iş materiallarında qeyd edilən qərar mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası DİN-nin Quba RPŞ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar