Məhkəmə qərarları › İş №3(027)-38/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-38/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-38/2023 10.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Protokolu tərtib edən X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X7 və zərərçəkmiş şəxs X5 iştirakı ilə xx.xx.1977-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan- X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X6 xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində həmkəndlisi X1 nahiyyəsinə yumruqla vurmuşdur. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 26 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla X6 barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Quba RPŞ-nin, İTB-nin sahə rəisi X8 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 yanvar 2023-cü il tarixli, MN 1429926-30 inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Vüqar Əmirzadə onun həmkəndlisidir. Vüqarın ev sahəsinin ətrafında onun pay torpaq sahəsi var. Həmin torpaq sahəsinə gedən yol Vüqarın evinin yanından keçir. Vüqar həmin yolu setka ilə hasara almış onun gediş-gəliş yoluna maneçilik törətmişdir. xx.xx.2022- ci il tarixdə təxminən saat 10:00 radələrində bağ sahəsinə baxmağa gəldikdə Vüqarın öz sahəsinin ətrafına divar çəkdiyini görmüş, Vüqardan bu barədə soruşmuş, bu vaxt tərəflər arasında mübahisə yaranmışdır. Vüqar onun üzərinə hücum çəkmiş və onun qarın nahiyəsindən yumruqla vurmuşdur. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. O, zərərçəkmiş şəxs X9 ilə barışmışdır, Vüqar Əmirzadənin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, Rahib onun həmkəndlisidir. Yaşadığı Quba rayonu ikinci Nügədi kəndində özünə məxsus 0.8 hektar pay torpaq sahəsi var. Qnun qonşuluğundan Rahibin torpaq sahəsi var. Arada su kanalı var. Rahibin öz sahəsinə getmək üçün yol sahəsi var. Rahib kanalın əks tərəfində olan yoldan istifadə etməsi tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Lakin o, Rahibə həmin yoldan istifadə etməyinə maneçilik törətməmişdir. Q, özünə aid olan pay torpaq sahəsinin ətrafını mişar daşlan ilə hörmək istədikdə Rahib ona maneçilik törətmiş, qeyd olunan tarixdə təxminən saat 10:30 radələrində sonuncu hadisə oraya gələrək mübahisə etmiş, hörülmüş mişar daşları vurub yerə salmış və onun üzərinə hücum edərək sifət nahiyəsinə yumruqla vurmuşdur. Lakin mübahisə vaxtı o, Rahibi vurmamış, onu həyətdən uzaqlaşdırmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Famil Kamilov barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, X6 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X5 ərizəsindən görünür ki, o, hal-hazırda X6 ilə barışmışdır, Rahib Əlicabbarov barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar