Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-38/2025 31.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, ”GUBA AGRO" MMC-nin nümayəndəsi qismində vəkili X1 işitrakı ilə, Şəxs MMC (ünvanı: Quba şəhəri, Gənclər küçəsi; qanuni təmsilçisi: X2; VÖEN: **********11) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən “GUBA AGRO" MMC 41675.00 euro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 41675.00 euro məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs ”GUBA AGRO" MMC-nin nümayəndəsi qismində vəkili X3 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, qeyd olunan xx.xx.2022-ci il tarixdə xaricə köçürülmüş 41675 avro məbləğində vəsait hesabına alınan mallar **********1123 sorğu nömrəli YGB əsasında ölkəyə idxal olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, o cümlədən inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, “GUBA AGRO" MMC-nin avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsinə görə müəyyən olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir. İş materiallarında olan 005 saylı, xx.xx.2021-ci il tarixli mal alğı-satqısı haqqında müqavilədən görünür ki, “NAN GRUP” DAN. İnşaat Kimya SAN VE DİS TİC. AS ilə “GUBA AGRO" MMC arasında inşaat məhsulların alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il taixli ödəniş tapşırığından görünür ki, “GUBA AGRO" MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə əsasında 41675.00 euro məbləğində vəsaitini “NAN GRUP” DAN. İnşaat Kimya SAN VE DİS TİC. AS adına köçürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********1123 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “GUBA AGRO" MMC tərəfindən ölkədən məxaric olunmuş 41675.00 euro məbləğində vəsaiti əsasında ölkəyə “GUBA AGRO" MMC tərəfindən alınmış mallar mədaxil olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “GUBA AGRO" MMC tərəfindən “NAN GRUP” DAN. İnşaat Kimya SAN VE DİS TİC. AS şirkətinin xeyrinə aparılış cədvəldə qeyd olunan avans ödənişləri xx.xx.2025-ci il tarixdə **********1123 nömrəli gömrük vəyannaməsi ilə bağlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılmasıQaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2020-ci il tarixli, 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “NAN GRUP” DAN. İnşaat Kimya SAN VE DİS TİC. AS arasında alğı-satqısına dair 005 saylı, xx.xx.2021-ci il tarixli inşaat materialların təchiz edilməsi haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il taixli ödəniş tapşırığına əsasən “GUBA AGRO" MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqavilə əsasında 141675.00 euro məbləğində vəsaitini “NAN GRUP” DAN. İnşaat Kimya SAN VE DİS TİC. AS hesabına köçürülmüşdür. Daha sonra xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi əsasında “GUBA AGRO" MMC tərəfindən ölkədən məxaric olunmuş 41675.00 euro məbləğində vəsaiti əsasında ölkəyə “GUBA AGRO" MMC tərəfindən alınmış mallar mədaxil olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “GUBA AGRO" MMC tərəfindən “NAN GRUP” DAN. İnşaat Kimya SAN VE DİS TİC. AS şirkətinin xeyrinə aparılış cədvəldə qeyd olunan avans ödənişləri xx.xx.2025-ci il tarixdə **********1123 nömrəli gömrük bəyannaməsi ilə bağlanmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-38/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-38/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver