Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-382/2025 05.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonu Rustov kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:08 radələrində Quba rayonu, Rustov kəndində X2 döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X8 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:08 radələrində Quba rayonu, Rustov kəndində X2 döymüşdür. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, evli olub və 3 il bundan əvvəl boşanıb. 3 övladı var. Sonradan 2024-cü ilin may ayında isə X6 ilə evlənib. Rəsmi nikahı yoxdur. Əsmər hazırda 7 aylıq hamilədir. Əsmərlə evlənəndən münasibəti baş tutmayıb. Buna səbəb isə anası Solmazın onların evliliyinə müdaxilə etməsi olub. Neçə vaxtdır ki, əşyaları evdən həyətə çıxarıb yığıb ki, getsin. Bu gün saat 12 radələrində anası Solmaz da onun evində olub. Təkrarən aralarında söz mübahisəsi yaranıb. Buna səbəb isə onun çıxıb getmək istəməsi və onu təhqir etməsi olub. Həmin vaxt o, Əsmərin bu sözlərindən qəzəblənərək, onun başından yumruqla vurub. Sonra anası Solmaz müdaxilə edib. Bu zaman o, yerdə olan baltanı götürüb əşyaları qırmağa başlayıb. Əsmər buna müdaxilə etdiyi zaman o, Əsmərin qolundan baltanın sapını 1 dəfə vurub. Sonra anası onları ayırıb və polisə məlumat veriblər. Mübahisə 10 dəqiqə davam edib və orada başqa heç kim olmayıb.Bundan əvvəl də söz mübahisələri olub. O, X4 ilə barışdıqlarını bildirmişdir. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, xx.xx.2024- cü il tarixdə o, Quba rayonu Rustov kənd sakini Elşadla ailə qurub evlənib. Hazırda 7 aylıq hamilədir. O, bundan əvvəl də başqa şəxslə 16 il evli olub və 2 övladı vardır. Elşadla münasibəti son vaxtlar pisləşib. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində evdə həyətdə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə yaranmışdır. Buna səbəb isə Elşadın ona həkimə getmək üçün pul vermək istəməməsi olub. Həmin mübahisə vaxtı anası Solmaz da orada olub. Bu zaman Elşad onun başından yumruqla vurub və onun başı qapıya dəyib. Daha sonra Elşad baltanı götürüb və qabları sındırmağa başlayıb. O, Elşadın bu hərəkətinə müdaxilə etdiyi zaman Elşad baltanın taxtadan olan hissəsi ilə onun qolundan 1 dəfə vurub. Anası Solmaz onları ayırıb və mübahisə sonlanıb. Mübahisə zamanı Solmaz Elşadı vurmayıb.Elşad da Solmazı vurmayıb. Mübahisə 10 dəqiqə davam edib və orada başqa heç kim olmayıb. Ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 02 aprel 2025-cü il tarixli 202 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarət - alnında solda və sol biləyin tış səthində hərəsində bir yerdə qançır küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 02 aprel 2025-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri növünə aiddir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 nun 10 aprel 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-382/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-382/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver