Məhkəmə qərarları › İş №3(027)-386/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-386/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-386/2025 05.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Quba rayonu, Alekseyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:40 radələrində Quba şəhəri Vaqif küçəsində yerləşən “Jalə” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:40 radələrində Quba şəhəri Vaqif küçəsində yerləşən “Jalə” marketin qarşısında tanışı Zərərçəkmiş şəxs döymüşdür. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə saat 00:40-da Quba şəhəri Vaqif küçəsində «Jalə» marketin qarşısında tanışı Baba adlı şəxs ona öz avtomobilinə əyləşməsini bildirmiş və Babanın avtomobilinə əyləşdikdə Baba ondan niyə onun dostu barədə xoşagəlməz sözlər işlətməsini soruşmuşdur. Babaya heç kimin arxasınca danışmadığını, kiminsə üzünə söz deməyə cəsarəti olduğunu demiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Baba qəflətən əl zərbəsi ilə, yəni yumruqla onun üz nahiyəsindən vuraraq ona xəsarət yetirmiş, lakin özü Babanı vurmamış və təhqir etməmişdir. Həmçinin mübahisə zamanı onların yanında kənar şəxslər olmamışdır. O, Zərərçəkmiş şəxs ilə hal hazırda barışdıqlarını bildirmişdir. O, məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 02 mart 2025- ci il tarixdə saat 01 radələrində tanışı Aydın ona zəng edib nalayiq sözlər deyərək onu Quba şəhəri Vaqif küçəsində yerləşən «Jalə» marketin qarşısına gəlməyini bildirmiş və ora gəlib Aydınla birlikdə avtomobilə əyləşərək aralarında olan məsələni aydınlaşdırmağa başlamışlar. Bu zaman aralarında sözlü mübahisə yaranmış və mübahisə dalaşmaya çevrilmişdir. Dalaşma zamanı Aydın onu əl zərbəsi ilə arxadan vurmuş və avtomobildə biri-birilərini boğmağa çalışmışlar. Mübahisə 5 dəqiqə davam etmiş, mübahisə zamanı onların yanında kənar şəxslər olmamış və dostu Yusif onun mobil telefonunu alaraq DİN-nin 102 xidmətinə düzgün məlumat verməmişdir. Ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 03 mart 2025-ci il tarixli, 112 saylı rəyindən görünür ki, Şəxs bədəni üzərində aşkar olunan xəsarətlər - sol gözünün bayır bucağında qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 02 mart 2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 05 mart 2025-ci il tarixli, 121 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarətlər - sol gözün altında, boynunda sağda və solda hərəsində bir yerdə qanşır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 02 mart 2025-ci il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 12 mart 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs və X2 əməllərində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də barələrində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Şəxs və X2 barələrində həmin maddə ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs zərər çəkmiş şəxslə barışdığı üçün inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar