Məhkəmə qərarları › İş №3(027)-387/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-387/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-387/2024 13.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X5 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19858709 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X8 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19858709 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonu, İqriq kəndində qeydiyyatdadır və İqriq-Quba- İqriq müntəzəm marşrut xətti üzrə daşıyıcı kimi fəaliyyət göstərir. İşiylə əlaqədar olaraq hər gün Quba rayonunda olur və bununla bağlı avtovağzal və daşıyıcı arasında qarşılıqlı münasibətlərin qurulmasına dair müqaviləni də şikayətinə əlavə edir. O eyni zamanda “İVECO mikroavtobus” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. O qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı 31 avqust 2023-ci il tarixdə Füzuli rayonu, Balabəhmənli kəndində qeydiyyatda olan X2 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Bundan sonra qeyd edilən “İVECO mikroavtobus” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili də X4 təhvil vermişdir. Həmin etibarnamənin müddəti 03 sentyabr 2023-cü il tarixdə bitsə də, etibar edilən X6 ya nəqliyyat vasitəsi ilə bağlı etibarnamədə nəzərdə tutulan səlahiyyətləri yerinə yetirməmiş, ya da nəqliyyat vasitəsini ona geri qaytarmamışdır. Bununla da o, hələ də heç bir hüququ olmadan onun mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etməkdə davam edir. Nəticədə nəqliyyat vasitəsinə faktiki sahiblik edən X4 verdiyi etibarnamə qüvvədən düşdüyü və nəqliyyat vasitəsi isə X3 qanunsuz sahibliyində qaldığı üçün onun tərəfindən törədilən inzibati xətalarla bağlı bütün cərimələr onun adına yazılmağa başlamışdır. Belə ki, hal-hazırda ona məlum olmuşdur ki, guya o “İVECO mikroavtobus” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 08:02:10 radələrində Füzuli rayonu, 2-ci Mahmudlu kəndi aeroport istiqamətində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Bunun əsasında da 0 xx.xx.2024-cü il tarixli, EQ 19858709 saylı protokol əsasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, onun istifadəsində olmayan və onun tərəfindən idarə olunmayan “İVECO mikroavtobus” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı bir neçə bu formada cərimə vardır ki, həmin elektron cərimələr hamısı onun adına tərtib edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır ona görə ki, həmin vaxt, o cümlədən hal-hazırda da avtomobil onda deyildir və avtomobili o idarə etməmişdir. Qeyd edilən avtomobil sonuncu dəfə verdiyi etibarnamə əsasında X1 olmuşdur. İnzibati xəta haqqında qərardan da göründüyü kimi qeyd edilən qərar elektron protokol əsasında tərtib edilmiş və yəqin ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin görüntülər ona tam təqdim edilməmişdir. Məhkəmə vasitəsilə qeyd edilən görüntülər alınarsa, bir daha sübut olunar ki, avtomobili idarə edən şəxs o deyildir. Eyni zamanda o yuxarıda da qeyd etdiyi kimi İqriq-Quba-İqriq marşrut xəttində daşıyıcı (sürücü) işləyir. Hər gün Quba rayonunda olmuşdur. İnzibati xəta haqqında protokollar tərtib edildiyi tarixlərdə də Quba rayonunda olmuşdur. Əlavə olaraq Füzuli rayonuna xüsusi icazə almaqla daxil olmaq mümkündür, ona hər hansı dövlət orqanı tərəfindən belə bir icazə verilməmiş, o heç vaxt Fizuli rayonunda olmamışdır. Onun tərəfindən törədilməyən inzibati xətaya görə o məsuliyyət daşımalı deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsinə və şikayət verən X7 lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə, şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətçi şəxs X8 ilkin məhkəmə iclasında izahatında bildirmişdir ki, etibarnamənin müddəti bitsə də, hazırda maşın onda deyil və o DİN “102” xidmətinə, DYPİ-nə onlayn müraciət edərək avtomobilin onda olmadığı barədə məlumat vermişdir. Buna baxmayaraq onda bu məlumatları təsdiq edən elektron çıxarışlar yoxdur. Sübut olaraq növbəti məhkəmə iclasına kimi və ya iclasda məhkəməyə təqdim edilməsi üçün həmin məlumatların elektron çıxarışların gətirəcəyini bildirsə də, o növbəti prossesə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19858709 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 50 (əlli) manat cərimə edilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamənin surətindən məlum olur ki, X8 mülkiyyətində olan “İVECO mikroavtobus” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə bağlı səlahiyyətlərini xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək, 3 gün müddətinə X4 etibar etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. X8 şikayətini nəqliyyat vasitəsinin etibarnamə ilə verildiyi, lakin etibarnamənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq avtomobilin etibar edilən şəxsin qanunsuz sahibliyində qalması və törədilən inzibati xətalarla bağlı bütün cərimələrin ona yazıldığı ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, əmlakın faktiki onda olmadığı və etibar edilən şəxsin qanunsuz sahibliyində olması barədə müvafiq orqanlara edilən müraciətlərə dair səsləndirdiyi dəlillər barədə sübut təqdim olunmadığından, şikayət təmin oluna bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19858709 nömrəli inzibati qərar hüquqi və faktiki əsaslar olmaqla, habelə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X5 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19858709 nömrəli inzibati qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar