Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-388/2024 21.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X6 inzibati tənbeh vermə haqqında EQ 19479625 saylı xx.xx.2024-cü il tarixli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X8 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 15 fevral 2024-cü il tarixli, EQ 19479625 nömrəli protokol əsasında qəbul edilmiş qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o Quba rayonu, İqriq kəndində qeydiyyatdadır və İqriq-Quba-İqriq müntəzəm marşrut xətti üzrə daşıyıcı kimi fəaliyyət göstərir. İşi ilə əlaqədar olaraq hər gün Quba rayonunda olur və bununla bağlı avtovağzal və daşıyıcı arasında qarşılıqlı münasibətlərin qurulmasına dair müqaviləni də şikayətinə əlavə edir. O, eyni zamanda “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. O, qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı 31 avqust 2023-ci il tarixdə Füzuli rayonu, Balabəhmənli kəndində qeydiyyatda olan X2 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Bundan sonra qeyd edilən “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili də X5 təhvil vermişdir. Həmin etibarnamənin müddəti 03 sentyabr 2023cü il tarixdə bitsə də, etibar edilən X7 ya nəqliyyat vasitəsi ilə bağlı etibarnamədə nəzərdə tutulan səlahiyyətləri yerinə yetirməmiş, ya da nəqliyyat vasitəsini ona geri qaytarmamışdır. Bununla da o, hələ də heç bir hüququ olmadan onun mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etməkdə davam edir. Nəticədə nəqliyyat vasitəsinə faktiki sahiblik edən X5 verdiyi etibarnamə qüvvədən düşdüyü və nəqliyyat vasitəsi isə X4 qanunsuz sahibliyində qaldığı üçün onun tərəfindən törədilən inzibati xətalarla bağlı bütün cərimələr onun adına yazılmağa başlamışdır. Belə ki, hal-hazırda ona məlum olmuşdur ki, guya o “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 07:50:32 radələrində Füzuli rayonu, 2-ci Mahmudlu kəndi Airport istiqamətində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Bunun əsasında da o xx.xx.2024-cü il tarixli, EQ 19479625 saylı protokol əsasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, onun istifadəsində olmayan və onun tərəfindən idarə olunmayan “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı bir neçə bu formada cərimə vardır ki, həmin elektron cərimələr hamısı onun adına tərtib edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır ona görə ki, həmin vaxt, o cümlədən hal-hazırda da avtomobil onda deyildir və avtomobili o idarə etməmişdir. Qeyd edilən avtomobil sonuncu dəfə verdiyi etibarnamə əsasında X1 olmuşdur. İnzibati xəta haqqında qərardan da göründüyü kimi qeyd edilən qərar elektron protokol əsasında tərtib edilmiş və yəqin ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin görüntülər mənə tam təqdim edilməmişdir. Məhkəmə vasitəsilə qeyd edilən görüntülər alınarsa, bir daha sübut olunar ki, avtomobili idarə edən şəxs mən deyildir. Eyni zamanda o yuxarıda da qeyd etdiyi kimi İqriq-Quba-İqriq marşrut xəttində daşıyıcı (sürücü) işləyir. Hər gün Quba rayonunda olmuşdur. İnzibati xəta haqqında protokollar tərtib edildiyi tarixlərdə də Quba rayonunda olmuşdur. Əlavə olaraq Füzuli rayonuna xüsusi icazə almaqla daxil olmaq mümkündür, ona hər hansı dövlət orqanı tərəfindən belə bir icazə verilməmiş, o heç vaxt Fizuli rayonunda olmamışdır. Onun tərəfimdən törədilməyən inzibati xətaya görə o məsuliyyət daşımamalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X8 və Bakı şəhər BPİ-nin X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə X8 və Bakı şəhər BPİ-nin X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara (“ASAN PAY” ödəniş sistemindən çıxarışdan da görünür ki, X8 barəsində olan EQ 19479625 saylı xx.xx.2024-cü il tarixli qərar üzrə cərimə və dəbbə pulunu ödəmişdir. Buda onu göstərir ki, X3 qərarla razıdır) və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X6 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X6 barəsində tərtib edilmiş EQ 19479625 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X6 barəsində tərtib edilmiş EQ 19479625 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-388/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-388/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver