Məhkəmə qərarları › İş №3(027)-389/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-389/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-389/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ 20306258 nömrəli elektron qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: X8 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 02 aprel 2024-cü il tarixli, EQ 20306258 nömrəli elektron qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, Quba rayonu, İqrıq kəndində qeydiyyatdadır və İqrıq-Quba-İqrıq müntəzəm marşrut xətti üzrə daşıyıcı kimi fəaliyyət göstərir. İşi ilə əlaqədar olaraq hər gün Quba rayonunda olur və bununla bağlı avtovağzal və daşıyıcı arasında qarşılıqlı münasibətlərin qurulmasına dair müqaviləni də şikayətinə əlavə edir. O, eyni zamanda “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Qeyd edilən nəqliyyat vasitəsi ilə bağlı 31 avqust 2023-ci il tarixdə Füzuli rayonu, Balabəhmənli kəndində qeydiyyatda olan X2 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Bundan sonra qeyd edilən “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili də X4 təhvil vermişdir. Həmin etibarnamənin müddəti 03 sentyabr 2023cü il tarixdə bitsə də, etibar edilən X6 ya nəqliyyat vasitəsi ilə bağlı etibarnamədə nəzərdə tutulan səlahiyyətləri yerinə yetirməmiş, ya da nəqliyyat vasitəsini ona geri qaytarmamışdır. Bununla da o, hələ də heç bir hüququ olmadan onun mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etməkdə davam edir. Nəticədə nəqliyyat vasitəsinə faktiki sahiblik edən X4 verdiyi etibarnamə qüvvədən düşdüyü və nəqliyyat vasitəsi isə X3 qanunsuz sahibliyində qaldığı üçün onun tərəfindən törədilən inzibati xətalarla bağlı bütün cərimələr onun adına yazılmağa başlamışdır. Belə ki, hal-hazırda ona məlum olmuşdur ki, guya o, “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 07:01:30 radələrində Füzuli rayonu, 2-ci Mahmudlu kəndi Airport istiqamətində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Bunun əsasında da o, xx.xx.2024-cü il tarixli, EQ 20306258 saylı protokol əsasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, onun istifadəsində olmayan və onun tərəfindən idarə olunmayan “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı bir neçə bu formada cərimə vardır ki, həmin elektron cərimələr hamısı onun adına tərtib edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır ona görə ki, həmin vaxt, o cümlədən hal-hazırda da avtomobil onda deyildir və avtomobili o, idarə etməmişdir. Qeyd edilən avtomobil sonuncu dəfə verdiyi etibarnamə əsasında X1 olmuşdur. İnzibati xəta haqqında qərardan da göründüyü kimi qeyd edilən qərar elektron protokol əsasında tərtib edilmiş və yəqin ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin görüntülər ona tam təqdim edilməmişdir. Məhkəmə vasitəsilə qeyd edilən görüntülər alınarsa, bir daha sübut olunar ki, avtomobili idarə edən şəxs o deyildir. Eyni zamanda o, yuxarıda da qeyd etdiyi kimi İqrıq-Quba-İqrıq marşrut xəttində daşıyıcı (sürücü) işləyir. Hər gün Quba rayonunda olmuşdur. İnzibati xəta haqqında protokollar tərtib edildiyi tarixlərdə də Quba rayonunda olmuşdur. Əlavə olaraq Füzuli rayonuna xüsusi icazə almaqla daxil olmaq mümkündür, ona hər hansı dövlət orqanı tərəfindən belə bir icazə verilməmiş, o, heç vaxt Füzuli rayonunda olmamışdır. Onun tərəfindən törədilməyən inzibati xətaya görə o, məsuliyyət daşımamalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətini müdafiə edərək bildirmişdir ki, “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da hazırda o idarə etmir. 31 avqust 2023-ci il tarixdə Füzuli rayonu, Balabəhmənli kəndində qeydiyyatda olan X2 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Bundan sonra qeyd edilən “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobili də X4 təhvil vermişdir. Lakin etibarnamənin müddəti 03 sentyabr 2023-cü il tarixdə bitmişdir. Ona görə də 02 aprel 2024-cü il tarixdə, saat 07:01:30 radələrində Füzuli rayonu, 2-ci Mahmudlu kəndi Airport istiqamətində həmin nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilməsinə görə cərimələr onun adına yazılmışdır. Hazırda cərimələrin ödəndiyini bildirərək, şikayətindən imtina edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsi dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X5 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 20306258 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Belə ki, o, mülkiyyətçisi olduğu “İVECO mikroavtobus” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31 avqust 2023-ci il tarixdə Füzuli rayonu, Balabəhmənli kəndində qeydiyyatda olan X2 hüququ olduqda idarə etmək, sərəncam vermək və digər səlahiyyətləri özündə əks etdirən etibarnamə təhvil vermişdir. Həmin etibarnamənin müddəti 03 sentyabr 2023-cü il tarixdə bitsə də, etibar edilən X6 ya nəqliyyat vasitəsi ilə bağlı etibarnamədə nəzərdə tutulan səlahiyyətləri yerinə yetirməmiş, ya da nəqliyyat vasitəsini ona geri qaytarmamışdır. Ona görə də 02 aprel 2024-cü il tarixdə saat 07:01:30 radələrində Füzuli rayonu, 2-ci Mahmudlu kəndi Airport istiqamətində həmin nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edən etibarnamə verilən şəxs olsa da, cərimələr nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X7 yazılmışdır. Şikayət verən şəxs X8 da həmin qərarın qanuna uyğun tərtib edildiyini qəbul edərək, şikayətindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20306258 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən tərtib edimiş xx.xx.2024-cü il tarixli, EQ 20306258 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X8 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 20306258 nömrəli elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar