Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-390/2021 01.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 23 aprel 2021-ci il tarixində saat 01:30 radələrində Quba rayonun Zərdabi qəsəbəsində yerləşən “Həsən bəy Zərdabi” parkının qarşısında 2.285 qram qurudulmuş marixuananı üzərində və avtomobilində saxladığı aşkar olunmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində 01 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, 2020-ci ilin aprel ayının əvvəlləri Quba rayonu, Zərdabi kəndində bağ sahəsində yeri dəqiq yaddaşında qalmadığı yerdə 2 ədəd çətənə toxumundan əkərək, 2 ədəd kultivasiya yolu ilə qulluq etmiş çətənə bitkisini yetişdirmişdir. O, həmin çətənə toxumlarını 2020-ci ilin əvvəlləri yaşadığı Quba rayonu, Zərdabi kəndində yerləşən parkda gəzişərkən tapmışdır. 2020-ci ilin avqust ayının axırları həmin 2 ədəd çətənə kolunu yerindən qoparıb həmin bağda qurudaraq özü üçün istifadə edirmiş, yəni siqaretə doldurub çəkirmiş. Həmin qurudulmuş marixuananı o, kibrit qutularına dolduraraq avtomobilin içərisində müxtəlif yerlərində saxlayırmış və mütəmadi olaraq özü şəxsi istifadəsi üçün istifadə etmiş və cəmi bir qutu avtomobilinin qol qoyulan yerində “Rotmans” siqaret qutusunun içərisində qoymuşdur.Belə ki, 22 aprel 2021-ci il tarixdə saat 23 radələrində o, həmkəndliləri X4 və X5 ilə təsadüfən görüşmüş və onun idarə etdiyi “Nexia Ravon” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub avtomobildə söhbət etmişdirlər. O, avtomobilində olan kibrit qutusunun içərisində olan marixuananı Samir və İlahiyə təklif etmiş və siqaret gilizinə o, həmin marixuanadan bir qədər dolduraraq Samir və İlahi ilə çəkmişdir. Bir qədər sonra o, içərisində marixuana olan kibrit qutusunu ülgüclə kəsib yarı bölmüş və heç bir təmənnasız İlahiyə vermişdir. Bir qədər sonra onların yanına polis əməkdaşları yaxınlaşıb onların narkotik vasitələrdən istifadə etməyindən şübhələnərək vəkillərin iştirakı ilə üzərlərinə və avtomobilə baxış keçirdirmişdir. Onun avtomobilinin qol qoyulan qutunun içərisində saxladığı “Rotmans" markalı siqaret qutunun içərisində gizlətdiyi yarı bölünmüş, içərisində narkotik vasitə olan marixuananı aşkar etmişlər və İlahinin də üzərindən onun verdiyi yarı bölünmüş içərisində narkotik vasitə olan marixuananı aşkar etmişlər. Onlar həmin narkotik vasitənin özlərinə məxsus olmasını etiraf etmişlər. Sonra polis əməkdaşları bu barədə araşdırma aparılması üçün onları Quba RPŞnə dəvət etmişlər. O, həmin narkotik vasitəni yalnız özünün istifadəsi üçün üzərində saxlamış və üzərində narkotik vasitə olmağını başqa heç kəs bilməmiş, sonradan birlikdə istifadə etdiyi həmkəndliləri Samir və İlahi adlı dostları xəbər tutmuşlar. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 23 aprel 2021-ci il tarixində saat 01:30 radələrində Quba rayonun Zərdabi qəsəbəsində yerləşən “Həsən bəy Zərdabi” parkının qarşısında 2.285 qram qurudulmuş marixuananı üzərində və avtomobilində saxladığı aşkar olunmuşdur. Bu da cinayət məsuliyyətini yaradan həddən aşağı olduğundan inzibati məsuliyyət yaradır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs üzərindən götürülmüş 2.285 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanması üçün Quba RPŞ-nin Təchizat xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan Şəxs üzərindən götürülmüş 1 ədəd bükümdəki qalıq çəkisi 2.285 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-390/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-390/2021
01.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver