Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-390/2025 07.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, İş üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X5 iştirakı iştirakı ilə, xx.xx.1984-cü ildə Quba rayonu, Girdah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: 2A0FPO2, orta təhsilli, subay, işləməyən, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan və Şabran rayonu, Dəvəçi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş irəli xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəm müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-580/2019 saylı və Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-1055/2022 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş icra məmuru X2 arayışda qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-580/2019 saylı icra sənədinə əsasən Şəxs 3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq, X7 verilməlidir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(027)-1055 saylı icra sənədinə əsasən təyin olunmuş alimentin miqdarı artırılaraq hər uşağa görə hər ay 150 manat olmaqla, üç uşağa cəmi 450 manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin, borclu icra sənədləri üzrə tələbi qismən təmin edilmişdir. Ona görə də tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub- olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir.İş üzrə borclu Şəxs tərəfindən bu vaxta qədər 7813 manat ödəniş etmişdir. Hal-hazırda icra sənədi üzrə borcu 18467 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, ölkədən xaricdə olub, məlumatı olmayıb, o alimentin ödənilməsindən boyun qaçırmır, alimentin müəyyən hissəsini ödəyib, sonuncu dəfə aprelin 28-də 1600 manat ödəniş edib. Qalan borcunu da noyabr ayına kimi hissə-hissə ödəyəcəyini və bu barədə yazılı şəkildə ərizə də verdiyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru X2 izahatında bildirmişdir ki, borclu ara-sıra ödəniş etsə də, halhazırda icra sənədi üzrə borcu 18467 manat təşkil edir. 2019-cu ildən iş icraata daxil olandan axtarışdadır, axtarışla gətirilib. Məlum olub ki, borclu ölkə xaricində olub. Gələndən sonra, aliment borcu əvəzinə ev verəcəyi barədə tələbkarla razılığa gəlmişdilər, lakin bu anlaşma baş tutmadığı halda aprel ayında 1600 manat aliment ödəmişdir, bundan əvvəl də fevral ayında ödənişlər etmişdir. Lakin tələbkar bunula razılaşmır, alimenti tələb edir. Məhkəmə iclasında iş üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu məhkəmə qətnaməsilə üç uşağa görə müəyyən olunmuş alimentin bir qismini ödəyib və ödədiyi məbləğləri də qeydə alıb. Bu vaxtacan lavaş bişirib satmaqla, uşaq yeşik sexində işləməklə, borclunun göndərdiyi müəyyən məbləğlərlə birtəhər keçiniblər. Onunla o halda razılaşar ki, noyabr ayına kimi borcun bir hissəsini ödəsin və ya hər ay konkret bir məbləği ödəyəcəyinə söz versin. Hazırda gəlir yeri yoxdur, maddi durumları çətindir və aliment borcunu tələb edir. Məhkəmə iclasında müdafiəçi X3 İlkin Firuz oğlunun səmimiyyətini və etirafını nəzərə alaraq ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-580/2019 saylı icra vərəqəsinə əsasən, 21 sentyabr 2008-ci il tarixdə doğulmuş X10, 12 fevral 2012-ci il tarixdə doğulmuş X11 və 28 sentyabr 2015-d il tarixdə doğulmuş X14 qıznın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər uşağa görə ayda 90 manat olmaqla, hər ay 270 manat sabit pul məbləğində aliment tutularaq, X7 ödənilməlidir. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-1055/2022 saylı icra vərəqəsinə əsasən, 21 sentyabr 2008-ci il təvəllüdlü X10, 12 fevral 2012-ci il təvəllüdlü X11 və 28 sentyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-580/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh Şəxs hər uşağa hər ay 150 (bir yüz əlli) manat olmaqla, üç uşağa cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, Cavabdeh Şəxs ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (ətli) manat və hüquqi yardım ilə əlaqədar ödənilmiş 50 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, Cavabdeh Şəxs 41,60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarlarının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-580/2019 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə, xx.xx.2022-ci il tarixli, 2(027)-1055/2022 saylı icra sənədi isə xx.xx.2022-ci il tarixində icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuşdur. Həmin tarixlərdə tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildirişlər göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2020-ci il tarixli qərarına əsasən, borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Quba RPŞ-nin xx.xx.2022-ci il tarixli məlumatından məlum olur ki, Quba rayon İcra və Probasiya şöbəsinin müraciətinə əsasən, Şəxs barəsində xx.xx.2020-ci il tarixli, 560270/20 nömrəli axtarış işi açılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 may 2025-ci il il, saat 11:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 07 may 2025-ci il il, saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 06 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-390/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-390/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver