Məhkəmə qərarları › İş №3(027)-395/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-395/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-395/2021 16.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Quba rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib olunmuş 27 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin Quba rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, 27 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 27.04.2021-ci il tarixdə, saat 17:34-də Quba şəhəri, 28 May,39, GPS: 41.3623281,48.5212499 ərazidə FORD TRANSİT YÜK markalı, 99CO578 dövlət Qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etməyə görə, epidemiya əlehinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmuş, tibbi maskadan istifadə etməmiş və Azərbaycan Respublikasının İXM-nin 329.1 və 211.2-ci maddələrində nəzərədə tutulmuş inzibati xətaları törədiyinə görə 100 manat cərimə edilmişdir. X3 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-nin Quba rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən Azərbaycan Respublikası İXMnin 329.1 və 211.2-ci maddələri ilə tərtib olunmuş 27 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X3 göstərdi ki, o, 27 aprel 2014-cü il tarixdə, təqribən 13:30 radələrində özünə məxsus olan 99 C0578 dövlət nömrə nişanlı “FORD TRANSİT Yük” markalı avtomobil ilə yanında ailə üzvüylə birlikdə yolda hərəkətdə olduğu zaman Quba rayon YPX-nin inspektoru polis serijantı X2 idarə etdiyi avtomobili saxlama əmri vermişdir. O, avtomobili saxlayıb YPX əməkdaşına yaxınlaşıb. Ondan avtomobilin sənədlərinin olub olmamasını soruşduqda, “Sizdə olan elktron planşetdə bütün məlumatlar qeyd olunub” deyərək cavab verib. Təqribən 3-5 dəqiqə söhbət etdikdən sonra yanında əyləşib özünü təqdim etmədiyi üçün adını bilmir, polis zabiti ondan “niyə maska taxmamısan” deyərək soruşub və ona protokol tərtib edib. Ona, “nə yazırsan? öz maşınımda əyləşmişəm, şəxsi avtomobilimdə, ailə üzvlərim olduğu halda maska taxmaq vacib deyil” deyərək iradını bildirdikdə, “daha gecdir, protokolu ləğv edə bilmərik” deyərək ona cavab verdi. O, YPX inispektoru Elnur Dadaşova və yanında əyləşmiş polis zabitinə etirazını bildirdikdə, “biz heçnə edə bilmərik. Ged məhkəməyə şikayət elə” deyərək cavab verilər.Bu qeyd olunanları əsas götürərək məhkəməyə müraciət etmək qərarına gəlib.Göstərilənıərə əsasən barəsində Azərbaycan Respublikası DİN-nin Quba rayon YPX-nin inspektoru Polis serijantı X2 tərəfindən tərtib edilmiş 27 aprel 2021-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş еtdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası DİN-nin Quba rayon YPX-nin inspektoru X2 tərəfindən tərtib olunmuş 27 aprel 2021-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X3 27.04.2021-ci il tarixdə, saat 17:34-də Quba şəhəri, 28 May küçəsi ərazidə “FORD TRANSİT YÜK” markalı, 99CO578 dövlət Qeydiyyat nişanlı nəqliyyat vasitəsini, epidemiya əlehinə rejim, sanitariya-gigiyen və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş, yəni ondan başqa nəqliyyat vasitəsində digər şəxsin və yaxud şəxslərin olduğu zaman tibbi maskadan istifadə etməmiş, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş və Azərbaycan Respublikasının İXM-nin 329.1-ci və 211.2-ci maddələri ilə nəzərədə tutulmuş inzibati xətaları törədiyinə görə 100 manat cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Quba rayon YPX-nin inspektoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci, və 211.2-ci maddələri ilə tərtib olunmuş TP ******* nömrəli, 27 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Quba rayon YPX-nin inspektoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 211.2-ci maddələri ilə tərtib olunmuş TP ******* nömrəli, 27 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar