Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-395/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Quba RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Quba şəhəri doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 342.5-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Quba RPŞ-dən Şəxs barəsində tərtib olunmuş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:25 radələrində özünə məxsus idarə etdiyi “TOYOTA COROLLA MİNİK” markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:25 radələrində sərxoş vəziyyətdə avtomobili idarə etmiş, lakin əməlində avtoxuliqanlıqın tərkibi olmamışdır. Məhkəmədə qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı protokolu tərtib etmiş şəxs Quba RPŞ-nin DYPB-nin YPX inspektoru polis serjantı X2 protokolda yazılanları təsdiq edərək bildirmişdir ki, idarə etdiyi avtomobilin qabaq fənərlərindən biri yanmadığından Şəxs saxlayıb qayda pozuntusuna yol verdiyini bildirmişlər. Danışıq zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. Şəxs içkili olmadığını deyib maşını sürüb uzaqlaşmışdır. Avtomobili yüksək sürətlə idarə etdərək həm yolun düz xəttini tapdalayaraq işıqforun qırmızı işığında keçmişdir. Şəxs daha əvvəl ananloji hərəkətlərə yol verməmişdir. Avtomobili təqib edib yaşadığı həyətdə saxladıb sürücünü şöbəyə aparmışlar. Orada sürücünün sərxoş olduğu müəyyən edilmiş və barəsində İXM-nın 333.1 maddəsi ilə protokol tərtib edilərək cərimə tənbeh tətbiq edilmişdir. Sürücünün digər qayda pozuntuları ilə bağlı elektron qaydada protokollar tərtib edilmişdir. Həmçinin Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(027)- 392/2025 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntələrə məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edildi ki, “TOYOTA COROLLA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomaşın Quba şəhəri, Fətəlixan küçəsi, “Bavza” adlı aptekin qarşısında YPX əməkdaşı tərəfindən saxlanılır. YPX əməkdaşı avtomobilə yaxınlaşır və sürücüyə sakit tərzdə avtomaşının qabaq fənərinin yanmadığından pozuntuya yol verdiyi bildirilir, sürücüdən içkili olub-olmaması soruşulur, sürücü içkili olmadığını deyib avtomobili hərəkətə gətirib izaqlaşır. Polis əməkdaşı buna mane olmağa çalışsa da sürücü heç nəyə məhəl qoymadan qarşıya hərəkət edir və hadisə yerindən uzaqlaşır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “TOYOTA COROLLA MİNİK” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2025-ci il tarixdə İXM-nın 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın dispozisiyasında əksini tapan hərəkətlərə yol verməsi aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, inzibati xəta haqqında protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntələrə məhkəmə iclasında baxış keçirilərəkən Şəxs xx.xx.2025-ci il tarixdə avtoxuliqanlıq hərəkətləri etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin, Şəxs Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və hərəkətlərində Azərbaycan Respublikası İXM-in digər maddələrinin tərkibinin olub-olmaması məsələsinə qiymət verilməsi üçün qərarın surəti Quba RPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və hərəkətlərində Azərbaycan Respublikası İXM-in digər maddələrinin tərkibinin olub-olmaması məsələsinə qiymət verilməsi üçün qərarın surəti Quba RPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-395/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-395/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver