Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-398/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Quba rayonu Zərdabi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 262.2-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekolgiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Quba rayonu Zərdabi kənd sakini Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 262.2-ci maddəsilə nəzərdə tutlumş inzibati xəta haqqında 306 №-li 10 fevral 2021-cu il tarixli inzibati protokol tərtib edilmiş və həmin inzibati material baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25.01.2021-ci il tarixdə saat 10:00-da Quba rayon Zərdabi qəsəbəsinə keçən Samur-Abşeron kanalına su ötürən Qidalandırıcı kanalına müdaxilə edərək özbaşına bağına su götürmüşüdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, göstərmişdir ki, ona məxsus torpaq sahəsində su yola çıxa bilməz. Belə ki, Barlı kəndinə gedən Qidalandırıcı kanal vaxtında təmizlənmədiyinə görə su kanaldan daşaraq yola axmışdır. Sözü gedən kanaldan ansına mülkiyyət hüququ ilə məxsus olan bağ sahəsi suvarılmır. Həqiqətən yola su daşmış, lakin həmin su onun bağından axmamışdır. Belə olan təqdirdə bağ sahəsindən axan su bir neçə hektar bağ sahəsinə də axmalıdır ki ordan da Quba-Xaçmaz magistral yola axsın. Qeyd edir ki, suyu o və həmkəndliləri öz vəsaitləri ilə su boru xətti ilə torpaq sahəsinə çəkmişlər və su boru xətdindən də hər hansı suyun axması qeyri-mümkündür çünki boru xətdi yerin altı ilə gedir. Kanalla ansının mülkiyyətində olan torpaq sahəsi arasında təxminən 600-700 metr məsafə vardır. Sudan istifadə cəmiyyəti ilə aralarında mübahisə yarandığı üçün barəsində qərəzli olaraq protokol tərtib etmişlər. Onun əməlində inzibati xətanın tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №li, reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli 12.12.2008-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində 2,4001 ha əkin sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X5 məxsus torpaq sahəsi Samur-Abşeron kanalından kənarda yerləşir. Quba rayon Zərdabi Bələdiyyəsinin 20 may 2021-ci tarixli, 122 №li arayışından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestir Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya MH ******* №li Çıxarışına əsasən özünə məxsus 2.4001 bağ sahəsi Quba rayon Zərdabi qəsəbə ərazisindən keçən Quba-Xaçmaz avtomobil yolundan 500 metr kənarda yerləşir. Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsində sudan özbaşına istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb oulnan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 elementobyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İşdəki sübutlardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsinin obyektiv cəhəti mövcud deyildir. Bu da onun əməlində Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsinin tərkibinin olmamasını göstərir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, X2 barəsində Azərbaycan Respublikası İXPM-nin 262.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-398/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-398/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver