Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-398/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X5, Onun vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X7, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in 000349 saylı 09 mart 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X9, barəsində tərtib olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019-cu il tarixli və 000349 saylı 09 mart 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1200 manat cərimə edilmişdir. Qərarda qərarın qəbul edildiyi ay və il məlumatlarında pozuntular var. Cərimə edilməyin səbəbi kimi o "xxxx" MC-nin keçmiş işçisi X1 haqq hesabının ödənilməsində qanun pozuntusuna yol verməsi olmuşdur. Bu qərarda tarix hissəsi saxtalaşdırılmışdır. Eyni zamanda İXM-də “son haqq hesabının ödənilməsində qanun pozuntusuna yol verilməsi” maddəsi mövcud deyil. O bu işlərə baxmamış, bu işlərə mühasibatlıq baxıb və düz hesablayıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in 000349 saylı 09 mart 2018-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 manat cərimə edilmişdir. Cərimə edilməyin səbəbi kimi o “Aqro invest və İstehsalat’’ MC-nin keçmiş işçisi Zaur Qasımovun əmək müqaviləsinə xitam verilərkən əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verməyi olmuşdur. O bu işlərə baxmamış, bu işlərə mühasibatlıq baxıb və düz hesablayıb. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən ******* saylı 30 avqust 2022-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərarı ilə o İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3800 manat cərimə edilmişdir. Cərimə edilməyinin səbəbi kimi Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Bunlar həqiqətə uyğun deyil və qərar tamamilə əsassızdır. Məhkəmə iclasında X9 şikayət ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun uzahat vermiş və 04 yanvar 2019-cu il tarixli qərarın əsası olan xəta baş verdikdə həmin vəzifədə çalışmamış və digər qərarlardan da mart ayında icra məmurunun dəvəyilə gələrkən xəbər tutuduğunu, ona görə də qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin vəkili Vəkil izahatında bildirmişdir ki, qərarlar qəbul edilərkən əsası olmamış və 2022-ci il tarixli qərar məsuliyyətə cəlb edilmə müddəti ötürülməklə qəbul edildiyi üçün şikayətçinin hüquqları pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X11 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şöbə daha əvvəl 3 saylı region üzrə DƏM olmuş və sonra Abşeron-Xızı regional şöbəsinə çevrilmişdir. Qeyd etdi ki, hər üç qərar qanunvericilikə müəyyən olunmuş qaydada inzibati araşdırma aparıldıqdan sonra qəbul edilmiş, cinayət işinin başlanması rədd olunduğu üçün 2022-ci il tarixli qərar da müddət ötürülmədən qəbul edilmişdir. Qeyd olunanlara əsasən qərarların ləğv edilməsi barədə şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdi ki, o 2012-ci ildən 2022-ci ilədək Pərviz Hacıyevlə işləyib. O bir müddət əmək haqqını kartla, sonra əldən-ələ alıb. Sonra gilas sezonunda işdən çıxıb. Gilas yığımı vaxtı 10-15 gün Pərviz Hacıyevin həyətində işləmiş, lakin işlədiyi müddətdə onun haqqı ödənilməmişdir. İş materiallarında olan 000349 saylı 09 mart 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(027)-430/2018 saylı qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-nin X9 barəsində inzibati xəta haqqında iş üzrə 000349 saylı 09 mart 2018-ci il tarixli qərar ləğv edilmiş, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(105)- 492/2019 saylı qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-nin rəis müavini Anar Baqıyev tərəfindən verilmiş şikayətə baxılaraq, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(027)-430/2018 saylı qərarı ləğv edilmiş, yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(027)-1317/2019 saylı qərarına əsasən inzibati xəta məsuliyyətinə cəlb edilmiş X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 3 saylı region üzrə X4 rəisi X2 xx.xx.2019-cu il tarixli, 000349 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında şikayətçinin inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilmədiyindən, hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 3 saylı region üzrə X4 rəisi X2 xx.xx.2019-cu il tarixli, 000349 nömrəli inzibati xəta haqqında qərarından şikayət məhkəmə baxışının predmeti ola bilməz. Habelə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* saylı 04 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM tərəfindən Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsinə əsasən 1200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materialarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 iyun 2022-ci il tarixli qərarın surətindən göründüyü kimi, Şahid əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Region üzrə X6 göndərilmişdir. İş materiallarında olan ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3800 (üç min səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(012)-147/2023 saylı qərarına əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Sumqayıt Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(105)- 168/2023 saylı qərarına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(012)- 147/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə məsuliyyətə cəlb olunması zamanı Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsilə məsuliyyətə cəlb olunması üçün müəyyən olunmuş müddətlər pozulmamışdır. Belə ki, xəta 02 iyul 2022-ci ildə törədilməklə məsuliyyətə 30 avqust 2022-ci ildə cəlb olunmuşdur. Habelə məhkəmə iclasında dindirilmiş şahid ifadəsindən və cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 iyun 2022-ci il tarixli qərar üzrə araşdırma materiallarından müəyyən olunur ki, ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə faktiki və hüquqi əsaslanma ilə qəbul olmuşdur. Şikayət verilmiş ******* saylı 04 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi əsası kimi şikayətdə və məhkəmə iclasında səsləndirilən əsaslanmada həmin tarixdə X5 direktor olmamasına istinad edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin təsisçisinin 22 aprel 2019-cu il tarixli 01 nömrəli qərarının surətindən göründüyü kimi, X5 həmin tarixdə vəzifədən azad olunması qərara alınmışdır. Habelə qərarın tarixi barədə düzəlişlə bağlı hal da öz təsdiqini tapmamışdır, belə ki, məhkəmənin şifahi sorğunu əsasında təqdim olunmuş həmin qərar üzrə icraya yönəlmə məktubundan müəyyən olunmuşdur ki, qərar qəbul edildikdən sonra X9 tərəfindən icra olunması üçün Azərbaycan Respublikası İXM ilə müəyyən olunmuş müddət gözlənilməklə icra olunmadığından, 2 ay sonra məcburi icra üçün müvafiq icra qurumuna göndərilmişdir Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanması haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in ******* saylı 04 yanvar 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3 saylı region üzrə DƏM-in 000349 saylı 09 mart 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən ******* saylı 30 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-398/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-398/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver