Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-40/2021 22.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə Gürcüstan Respublikasının Dmanisi şəhərində anadan olmuş, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi “Toyota Corolla” markalı **- CK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba-Xaçmaz yolu ilə 60 km/saat sürətlə hərəkət etdiyi vaxt «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, yol və meteroroji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməmiş, nəticədə yolun kənarı ilə gedən piyada X2 vuraraq ona alnında solda, sağ almacıq nahiyyəsində, burnunun üstündə və sağ əlin üzərində hərəsində bir yerdə səthi əzilmiş yara, üst dodağının selikli qişasında sağda əzilmiş-cırılmış yara, döş qəfəsinin yumşaq toxumalarının əziyi ilə nəticələnən və yüngül zərər vurmaya aiddir bədən xəsarətləri yetirmişdir. Bu barədə Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı X1 Saleh Vaqif oğlu barəsində xx xxxxxx 2020-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 20 radələrində özünə məxsus “Toyota Corolla” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Quba şəhərindən Xaçmaz şəhərinə 60 km/saat sürətlə hərəkətdə oluğu vaxt avtomaşınında dostu Rəfail də olmuşdur. Yolun Quba rayon Alekseyevka kəndinin ərarzisindən keçən hissəsində hava çiskinli və qaranlıq olduğundan qəfildən yolun hərəkət hissəinə çıxan piyada avtomaşının qabaq sağ farasının şüşəsinə dəyərək yolun kənarına yıxılmışdır. Həmin vaxt hadisəni görmədiyindən avtomaşını sürüb getmiş, lakin sonradan avtomaşında olan dostu Rəfail ona adamı vurduğunu deyəndən sonra avtomaşının qabaq alın şüşəsinin sağ tərəfinini zədələndiyini və sağ yan güzgünün yerində olmadığını, sağ qabaq faranın da sınmış halda olduğunu görüb geriyə piyadanın vurulduğu yerə qayıtmışlar. Lakin həmin yerdə heç kim olmadığından yenidən geri qayıdıb Xaçmaz rayonuna, oradan da Sumqayıt şəhərinə evinə getmişdir. Sonradan mobil telefonuna zəng vurun polis əməkdaşları onun avtomaşınla Alekseyevka kəndi ərazisində yolu keçən piyadanı vurduğunu bildirib RPŞ-nə dəvət ediblər. O, Alekseyevka kəndi ərazisində yolu keçən piyadanı hava qananlıq və çiskinli olduğundan görməmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. İdarə etdiyi avtomaşın həyat yoldaşı X3 adınadır. Avtomaşını idarə etməyə sürücülük vəsiqəsi var. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8 və 327.1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.8ci maddədə nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-40/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-40/2021
22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver