Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-400/2023 27.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Quba RPŞ-nin sahə rəisi X5, zərərçəkmiş şəxslər X3 və X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bahadır qızının iştirakı ilə xx.xx.1985-ci ildə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Bahadır qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs Bahadır qızı xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Quba rayon 1-ci Nügədi kəndində qohumu X6 və onun arvadı X2 döymüşdür. Ona görə də Quba RPŞ-nin sahə rəisi X8 tərəfindən Şəxs Bahadır qızı barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında MN№ 1659551-1853 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X8 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bahadır qızı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli billərək, izahatında göstərmişdir ki, zərərçəkən Toğrul Şirinbəyov dayısı oğludur. 06 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində Toğrulun onun barəsində danışdığı sözlərə aydınlıq gətirmək üçün Toğrulun yaşadığı ünvana getmiş, həmin vaxt aralarında mübahisə olmuş, o, əsəbiləşib Toğrulu sillə ilə vurmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, 06 fevral 2022cü il tarixdə, saat 13:00 radələrində yaşadığı evdə olarkən bibisi qızı Şəxs gəlib ondan niyə onu qardaşının qızının toyuna dəvət etməməsinə qardaşına təklif etdiyini soruşmuş və bunu başqa şəxslərdən eşitdiyini demişdir. Bu mövzu ətrafında Cahan onunla mübahisə edib üzərinə gələrək boğazından tutmuş və sifətinə əli ilə şillə vurub onu təhqir edərək evi tərk etmişdir. O, barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 06 fevral 2023cü il tarixdə, saat 13 radələrində Şəxs evlərinə gəlib əri Toğrula şillə vuranda evdə olmamışdır, bu barədə qızı ona zəng edib demişdir. Həmin gün saat 14 radələrində Cahanın yaşadığı ünvana getmişdir. Məqsədi Cahanın onun barəsində təhqiramiz ifadələr işlətməsi olmuşdur. Cahan isə onu da təhqir edərək əli ilə kürəyindən vurmuşdur və üzərinə stəkan-nəlbəki atmışdır. O, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 fevral 2022-ci il tarixli qərardan görünür ki, Şəxs Bahadır qızı barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 104 №li rəyindən görünür ki, X3 bədəni üzərində aşkar olunan xəsarətlər-boynunda sağda iki yerdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 06 fevral 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 105 №li rəyindən görünür ki, X1 bədəni üzərində obyetktiv olaraq hər hansı xəsarət və onun izi aşkar olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İlk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması kimi məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin ər-arvad olaraq bir yerdə yaşamasını, həbslə əlaqədar qərar qəbul olunarsa ailə münasibətlərinin gələcəkdə daha da pisləşməsini və ədalət prinsipini nəzərə alaraq, hesab edirəm ki, Şəxs 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-400/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-400/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver