Məhkəmə qərarları › İş №3(027)-400/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-400/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-400/2024 13.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 14 aprel 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, 13 aprel 2024-cü il tarixdə, axşam saat 21:25 radələrində Quba Rayon Polis X5 Polisinin əməkdaşları guya sərxoş vəziyyətdə avtomaşın idarə etdiyini bildirərək, inzibati xəta törətdiyi nəticəsinə gəlmişlər. O, sərxoş vəziyyətdə avtomaşın idarə etmədiyini bildirsə də, həmin əməkdaşlar onun barəsində protokol tərtib edəcəyini bildirdiyi üçün o, məcbur olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə yol polisi əməkdaşının qanunsuz hərəkəti ilə bağlı məlumat vermişdir. O, eyni zamanda polis əməkdaşlarına sərxoş olmadığını bildirsə də, onlar razılaşmadıqları üçün xəstəxanaya gədərək tibbi müayinə olunmağını təklif etmişdir. Lakin yol polisi əməkdaşları onu dinləməyərək, avtomaşınını cərimə meydançasına aparmışdır. Həmin vaxt polisi əməkdaşları ona hər hansı protokol təqdim etməmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, guya sərxoş vəziyyətdə avtomobil idarə etməyi ilə bağlı hadisədən bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 22 aprel 2024-cü il tarixdə isə ona TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilərək, guya onun 13 aprel 2024-cü il tarixdə, saat 21:25 radələrində Quba-Xınalıq yolunun 5-ci km-də “Mercedes Benz E 220 CDİ minik” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Bildirmişdir ki, 13 aprel 2024-cü il tarixdə yol polisi əməkdaşları tərəfindən saxlanılarkən o, təhlükəsizlik kəmərindən istifadə etmiş və sərxoş olmamışdır. Barəsində tərtib olunmuş protokolda sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitə ilə bağlı, o cümlədən hal şahidləri ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Barəsində protokol xx.xx.2024-cü il tarixdə, saat 21:25 radələrində tərtib edilmiş, həmin protokolla razılaşmadığı üçün o, həmin tarixdə saat 22:00-da, yəni 35 dəqiqə sonra Quba Rayon Mərkəzi Xəstəxanasında sərxoşluq vəziyyətinin bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinədən keçmiş və həmin xəstəxanadan verilən 13 aprel 2024-cü il tarixli, 22 nömrəli protokoldan da göründüyü kimi o, ayıq olmuş, onda alkoqolun qəbulu əlamətləri olmamışdır. Bu hal isə özlüyündə əməldə inzibati xəta tərkibinin olmamasına dəlalət edir. Eyni zamanda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi də iş materialları ilə sübut olunmasa da, Polis Şöbəsi onu qeyd edilən maddə ilə də təqsirli bilmişdir. Belə ki, inzibati xəta haqqında qərarda bu halı sübut edəcək heç bir sübut (akt, videogörüntü və s) hal qeyd edilməmişdir. Bu isə onu göstərir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Onun əməlində isə yuxarıda göstərilən inzibati xətanın tərkibi olmamışdır. Belə ki, DYP əməkdaşı ona sərxoş vəziyyətdə avtomobil idarə edərkən deyil, sərxoş olmadığı halda, özü də hadisədən bir gün sonra protokol tərtib etmişdir. Bu hal isə inzibati xəta hadisəsinin olmaması və onun əməlində hər hansı inzibati xəta tərkibinin olmamasıdır ki, bu halda da iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək bildirmişdir ki, 13 aprel 2024-cü il tarixdə yol polisi əməkdaşları tərəfindən saxlanılarkən o, təhlükəsizlik kəmərindən istifadə etmiş və sərxoş olmamışdır. Barəsində tərtib olunmuş protokolda sərxoşluq vəziyyətini müəyyən edən xüsusi texniki vasitə ilə bağlı, o cümlədən hal şahidləri ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Barəsində protokol xx.xx.2024-cü il tarixdə, saat 21:25 radələrində tərtib edilmiş, həmin protokolla razılaşmadığı üçün o, həmin tarixdə saat 22:00-da, yəni 35 dəqiqə sonra Quba Rayon Mərkəzi Xəstəxanasında sərxoşluq vəziyyətinin bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinədən keçmiş və həmin xəstəxanadan verilən 13 aprel 2024-cü il tarixli, 22 nömrəli protokoldan da göründüyü kimi o, ayıq olmuş, onda alkoqolun qəbulu əlamətləri olmamışdır. Ona görə də barəsində tərtib edilmiş həmin qərar əsassız olduğundan ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsi dinləyib, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli alkotestrin nəticəsindən görünür ki, X3 alkoqolun qəbulu miqdarı 0.421 promildir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, şikayət verən şəxs X4 13 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən sərxoş olmadığını bildirərək, buna əsas olaraq Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş 13 aprel 2024-cü il tarixli, 22 nömrəli sərxoşluq vəziyyətinin bütün növlərinin təyinatı məqsədi ilə aparılan tibbi müayinə protokolunu göstərmişdir. Lakin həmin protokolda müayinənin vaxtı xx.xx.2024-cü il deyil, xx.xx.2024-cü il olaraq göstərilmiş, X1 olduğu halda orada ayıq olması qeyd olunmuşdur. Həmin protokol əsassızdır. Belə ki, X4 13 aprel 2024-cü il tarixdə təhlükəsizlik kəməri bağlamadan və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi alkotesrin nəticəsi və digər iş materialları ilə sübuta yetirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında baxılan, X4 xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, polis əməkdaşlarına təhkim edilmiş xidməti nəqliyyat vasitəsinə quraşdırılmış video qeydiyyatçı tərəfindən çəkilən video görüntüdə spirtli içki qəbul etdiyini etiraf edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Quba rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrinə əsasən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar