Məhkəmə qərarları › İş №3(027)-400/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-400/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-400/2025 18.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə X5 Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X10 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2024-cü il tarixində saat 20:00 radələrində qanuni istifadəsində və sahibliyində olan “MAN TGX 18.440 YÜK” markalı **- SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən, daşıdığı yükün həcminin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin 1 saylı X6 tərəzidə saxlanılmışdır. Həmin vaxt ona bildirilmişdir ki, guya yolda quraşdırılmış elektron tərəzi ilə onun daşıdığı yükün qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq olduğu müəyyənləşdirilib. Daha sonra DYP əməkdaşı Tərəzi Məntəqəsinə yaxınlaşmış, onun nəzarəti və iştirakı altında onun daşıdığı yük tərəziyə çıxarılaraq çəkilmiş və yükün 40 650 kq olduğu aşkar edilmişdir. Bu barədə X4 da verilib. Buna baxmayaraq, onun tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 353.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilərək, DYP əməkdaşı onun barəsində İXP6644580 nömrəli Protokol tərtib edərək, qərar verilməsi üçün aidiyyatı üzrə göndərmişdir. Daha sonra, həmin protokol əsasında onun barəsində inzibati tənbehvermə haqqında TP ******* nömrəli xx.xx.2024-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə edilmişdir.Qərardan verdiyi şikayət üzrə Xaçmaz Rayon Məhkəməsinin 3(067)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilmiş və işə yenidən baxılması üçün AR DİN BDYPİ-yə göndərilmişdir. Təəssüflər olsun ki, AR DİN BDYPİ tərəfindən heç bir araşdırma aparılmadan , təkrar olaraq onun təqsirli hesab olunması barədə inzibati tənbehvermə haqqında TP ******* nömrəli xx.xx.2025-ci il tarixli Qərar qəbul edərək, onun barəsində 1200 manat cərimə tətbiq edilmişdir. Nəzərə alınmalıdır ki, idarə etdiyi nəqliyyat vasitəsi üçün icazə verilən maksimal çəki yüklə birlikdə 40 000 kq-dır. İXM-in 353.2-ci maddəsinin tələblərinə görə qanunla icazə verilən maksimal yük həddinin 5 faizinədək olan artıq yükə görə cərimə tətbiq edilmir. Bu isə o deməkdir ki, onun törətməkdə təqsirli bilindiyi AR İXM-in 353.2-ci maddəsinin dispozisiyasına görə, istifadəsində olan nəqliyyat vasitəsinin yüklə birlikdə maksimal çəkisi 42032 kq ola bilər. (40000 kq (qanunla icazə verilən çəki)+2032.5 kq 5 faiz). İndiki halda, Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizə Xidmətinin 1 saylı X6 DYPİ əməkdaşının iştirakı ilə müəyyənləşdirilmiş çəki 40650 kq olduğu halda, ona cərimənin tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə X7 lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, TP7079195 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ölkə xaricində olacaqdır. Qeyd edilən səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-yə lazımı qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edimiş: - X3 məxsus **-SR-*** dövlət nömrə nişanlı, “MAN TGX” yük markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin maksimal kütləsi 18000 kq, yüksüz kütləsi 7975 kq-dır.**-ZH-*** dövlət nömrə nişanlı, “MEGA Yarımqoşqu” markalı özüboşaldan yarımqoşqunun maksimal kütləsi 35500 kq, yüksüz kütləsi 6000 kqdır. - 26 avqust 2024-cü il tarixli etibarnaməyə əsasən X8 özünə məxsus **-SR-*** dövlət nömrə nişanlı, “MAN TGX 18.440” yük nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2033-cü ilədək X7 etibar etmişdir. -xx.xx.2024-cü il tarixli “Azərbaycan Avtomobil yolları X9 yollarının Mühafizə Xidmətinin 1 nömrəli Tərəzi Məntəqəsi” ndə tərəzidə çəkilməsi barədə 102735 nömrəli qaiməyə əsasən xx.xx.2024-cü il tarixdə yükün çəkisi cəmi 40650 kq olmuşdur. - Xaçmaz rayon Məhkəməsinin 3(027)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ- nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-119/2025 nömrəli qərarına əsasən X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon Məhkəməsinin 3 (027)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2025-ci il tarixli TP ******* saylı qərara əsasən X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 1200 (bir min iki yüz) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. X1 xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı mübahisələndirərək, qərarın qanunsuz və əsassız olduğunu əsas gətirməklə onun ləğvini tələb edir. AR İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 120-ci maddəsinə görə bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. AR İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir AR İXM-in 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. AR İXM-in 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası” nın 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrlərinə” əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 32 ton, ikioxlu dartıcı üçoxlu yarımqoşqu, üçoxlu dartıcı ikioxlu yarımqoşqu eləcə də üçoxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 ton nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən hazırkı işlə bağlı mübahisələndirilən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın qanuni və əsaslılığının müəyyən edilməsi istiqamətində X10 tərəfindən təqdim edilmiş müvafiq sübutlarla yanaşı, qarşı tərəfdən əldə edilmiş sübutlara hüquq qiymət verilməklə qərardan verilmiş şikayətin əsassız olması qənaətinə gəlinmişdir. İlkin olaraq Mehman Qəribov tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Avtomobil Yolları X9 Yollarının Mühafizə Xidməti 1 nömrəli tərəzi nəzarət məntəqəsi tərəfindən tərtib edilmiş 102735 nömrəli qaiməyə münasibətdə məhkəmə qeyd edir ki, həmin qaiməyə nəzər yetirdikdə “MAN TGX” markalı ** SR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi kütləsinin 40650 kq olduğunu görmək mümkündür. Lakin nəzərə alınmalıdır ki, həmin qaimənin tərtib olunduğu vaxt xx.xx.2024-cü il tarixə, saat 11:19-a təsadüf edir. İş materiallarından isə müəyyən olunur ki, inzibati xətanın törədilməsi ilə bağlı protokol xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən də aydın olunur ki, sözügedən nəqliyyat vasitəsinin ümumi kütləsinin 40650 kq müəyyən edilməsi, protokolun tərtib edildiyi tarixdən sonrakı günə təsadüf edir. Yuxarıda sadalanan halların aydınlaşdırılması məqsədilə qərar qəbul etmiş səlahiyyətli orqana dəfərlərlə xəbərdarlıq edilməsinə, məhkəmə iclasının vaxtı ilə bağlı məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakı təmin edilməmişdir. Lakin tərəflərindən məhkəməyə təqdim edilmiş sənədlərdən (tərəzinin göstəricisi ilə bağlı) müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə, saat 19:38-də Bakı-Quba-Rusiya Federasiya yolu istiqamətində “Yəhərli Avtoqatar” kateqoriyalı ** SR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ümumi kütləsinin tərəzinin göstəricisinə əsasən 43690 kq olması müəyyən edilmişdir. Ox qrup başına düşən çəkinin son həddi 24000 kq olduğu halda isə sözügedən nəqliyyat vasitəsində 29010 kq təşkil etmişdir. (Məhkəməyə ölçmə vasitələrinin yoxlanılması ilə bağlı ÖVY 160854 nömrəli şəhadətnamə də təqdim edilmişdir.) Bundan əlavə M.Qəribov tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə baxış keçirilən zaman müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin ümumi kütləsinin müəyyən edilməsi zamanı səlahiyyətli şəxslər elektron tərəzinin göstəricisinin 43000-44000 kq olmasını qeyd etmiş, hazırki göstəricinin isə 40650 kq olmasını bildirmişlər. Bununla da təqdim edilmiş qaimə ümumi kütlənin növbəti dəfə, növbəti gündə müəyyən edilməsi nəticəsində tərtib edilmişdir. Digər tərəfdən “AsanPay” rəsmi internet saytında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol üzrə cərimənin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, X10 tərəfindən cərimənin ödənişi həyata keçirilmişdir.Qeyd edilən hal isə sözügedən şəxsin inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması barədə mövqeyi ilə ziddiyyət təşkil edir. AR İXM-in 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Yuxarıda sadalanan əsaslara istinadən məkhəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən qanuni və əsaslıdır. Odur ki, həmin qərarın ləğv edilməsi barədə X5 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar