Məhkəmə qərarları › İş №3(027)-403/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-403/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-403/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında iş üzrə 15 yanvar 2021-ci il tarixli, ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i m: 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 yanvar 2021-ci il tarixli, ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinib, 4500 (dörd min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin iş üzrə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 yanvar 2021-ci il tarixli, ******* nömrəli qərarından şikayət vermiş və həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 15 yanvar 2021-ci il tarixli, ******* nömrəli qərarı ilə Quba rayon prokurorluğunun 16 noyabr 2020-ci il tarixli qərarına əsaəsn Quba R.M.T.M-nin Quba meşəbəyliyinin 6 saylı dolayında meşəqırma biletinə daxil edilməyən yaş ağacların qanunsuz olaraq kəsilməsi əsasına görə Quba rayonu X3 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinib, 4500 (dörd min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini və həmin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında şikayət verən X9 göstərmişdir ki, o, 15 ildən çoxdur ki, X15 X4 meşəbəyliyinin 6 saylı dolayında meşbəyi köməkçisi işləyir. Ötən ilin oktyabr ayında Quba rayonu, Vladimirovka kənd sakini X1 və Təbii Sərvətlər Nazirliyinə zəng edərək meşə sahələrini qırılmasını bildirmişdir. Araşdırma nəticəsində qanundan kənar qırılma aşkar edilmişdir. Həmin qırılma nəticəsində 928,86 manat ziyan hesablanmışdır. Həmin qırılmada onun heç bir təqsiri olmamışdır. Hətda həmin cərimədən 500 manat pulu Şahlar Əkbərov ödəmişdir. Bir müddət sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məktub gəlmiş və barəsində 15 yanvar 2021-ci il tarixli, ******* nömrəli inzibnati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla razı deyil. Qeyd olunan qərarda göstərilən xüsusatlar həqiqəti əks etdirmir. Hesab edir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 yanvar 2021-ci il tarixli, ******* nömrəli qərarı məhkəmə qaydasında ləğv edilməli və inzibati xəta hadisəsinin olmaması əsasına görə iş üzrə icraat xitam verilməlidir. Şikayətinin təmin olunmasını xahiş edir. Ərizədə qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 ərizəsi əsassız olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Ərizəçi qeyd olunan qərarı hansı tarixdə aldığını göstərməmiş və buraxılmış müddətin bərpa edilməsi üçün vəsatəti əsaslandırmamışdır. Həmçinin iş materiallarına ərizədə qeyd olunan xüsusatları təsdiq edəcək hər-hansı bir sənəd (protokol, qərar, məktub və s.) əlavə edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : V.Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar