Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-405/2021 06.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 342.2.3 və 332.4-cü maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 10 aprel 2021-ci il tarixdə, saat 22 radələrində idarə etmə hüququ olmadan idarə etdiyi “Vaz-2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, H.Əliyev prospekti ilə Həsən Əliyev küçəsinə doğru hərəkət edərkən, X6 idarə etdiyi “Mitsubishi Pajero İO” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ zolağdan ötmək istəyərkən qəza şəraiti yaradaraq idarə etdiyi “Vaz-2107” markalı avtomobilin sol hissəsi ilə “Mitsubishi Pajero İO” markalı avtomobilin sağ hissəsinə dəyərək toqquşmuşdur. X7 İO” markalı avtomobilin sürücüsü X9 “Vaz-2107” markalı avtomobilin onu avtomobilini vurması səbəbindən idarə etməni itirərək yolun solunda yerləşən işıq dirəyinə çırpılmışdır. X1 idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X5 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin əməkdaşı X8 tərəfindən Şəxs barəsində 01 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 342.2.3 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 10 aprel 2021-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Vaz-2107” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba şəhəri H.Əliyev prospeki ilə hərəkətdə olarkən 3 zolağlı yolun sağ hərəkət hissəsi ilə avtomobilini idarə edib 1-ci zolağa, yəni sola tərəf keçərkən, həmin vaxt H.Əliyev prospektində yolun 1-ci zolağında yəni sol hərəkət hissəsində hərəkət edən “Mitsubishi Pajero İO” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili sağdan ötüb keçmiş və sola tərəf yol ayrıcından Həsən Əliyev küçəsinə dönmək istəmişdir. Sağdan ötmə əməliyyatı edərkən avtomobilinin sol hissəsi “Mitsubishi Pajero İO” markalı avtomobilin sağ hissəsinə dəyərək toqquşma baş vermiş və həmin “Mitsubishi Pajero İO” markalı avtomobil idarə etməni itirərək yolun ortasında yerləşən təxminən 20 metr məsafədə olan elektrik işıq dirəyinə çırpılmışdır. O, həmin vaxtı avtomobilini dayandırmadan hadisə yerindən uzaqlaşaraq hərkətinə davam etmişdir. Onun sürücülük vəsiqənin olmamasından və sürücülük hüququnun 6 aylıq məhrum edildiyindən, həmçinin idarə etdiyi avtomobilin icbari sığortası olmamasına görə, bundan başqa avtomobili texniki baxışdan keçməməsi səbəbindən hadisə yerindən uzaqlaşaraq hadisə yerindən yayınmışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı onun surət həddi 80 km/saatda olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 342.2.3 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 342.2.3 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İş materiallarında olan Quba RPŞ-nin 01.05.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6 və 332.4-cü maddələri ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin ziyan aktının surətindən görünür ki, “Mitsubushi-İO” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil qəza nəticəsində sıradan çıxmış və istismara tam yararsız hala düşmüşdür. Avtomobilin qəzadan əvvəlki bazar qiymət- 6.000 manat olmuşdur. İş materiallarında olan “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinin 13.04.2021-ci il tarixli ziyan aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Quba şəhəri, H.Əliyev prospektində quraşdırılmış işıqlandırma dirəyi yararsız hala düşmüş və nəticədə, 3125 manat 50 qəpik zərər dəymişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının 10.04.2021-ci il tarixli, 269 saylı ekspert rəyindən görünür ki, X6 bədəni üzərində aşkar olunan xəsarətlər - alnında solda və sol qulaq seyvanında sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 10.04.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə daxildir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının 10.04.2021-ci il tarixli, 271 saylı ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunan xəsarətlər - alnında sağda və sağ almacıqda hərəsində bir yerdə əzilmiş-cızılmış yara, sol ayağın üzərində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 10.04.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni baş vermiş yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlıqda qısa müddət pozğunluq törətdiyi üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-498/2020 saylı, 30.06.2020-ci il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 327.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 511.1-ci maddədə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs 10 aprel 2021-ci il tarixdə, saat 22 radələrində idarə etmə hüququ olmadan idarə etdiyi Vaz- 2107 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, H.Əliyev prospekti ilə Həsən Əliyev küçəsinə doğru hərəkət edərkən, X6 idarə etdiyi “Mitsubishi Pajero İO” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ zolağdan ötmək istəyərkən qəza şəraiti yaradaraq idarə etdiyi Vaz 2107 markalı avtomobilin sol hissəsi ilə Mitsubishi Pajero İO” markalı avtomobilin sağ hissəsinə dəyərək toqquşmuşdur.X7 İO” markalı avtomobilin sürücüsü X3 2107 markalı avtomobilin onu avtomobilini vurması səbəbindən idarə etməni itirərək yolun solunda yerləşən işıq dirəyinə çırpılmışdır.X1 idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X5 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bundan başqa Şəxs idarə etdiyi avtomobili saxlamadan hadisə yerindən uzaqlaşaraq yayınmışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Resopublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 342.2.3 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 342.2.3 və 332.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 332.4-cü maddədə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 06 may 2021-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-405/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-405/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver