Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-405/2025 23.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 26992121 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, DİN BDYPİ-nin EQ 26992121 nömrəli, xx.xx.2025-ci tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə mənə məxsus olan “VAZ 11193” minik markalı, **-UJ-*** dövlət nömrə nişanlı avtomobillə şəxsi işi ilə əlaqədar günorta saatlarında Quba rayonuna gedib Qusar rayonuna qayıtmışdır. Həmin tarixdən bir gün sonra üstündən 15 saat keçəndən sonra yəni tərtib edilmiş inzibati tənbeh etmə qərarından da göründüyü kimi xx.xx.2025ci il tarixdə gecə saat 03:33 radələrində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Quba şəhəri Heydər Əliyev prospektində yerləşən təhlükəsiz şəhər kamerası ilə qanunsuz olaraq 100 manat cərimə edilməsinə dair qərar (EQ********) tərtib edilmişdir. Avtomobilinə inzibati tənbeh etmə qərar qanunvericilikdə də göstərildiyi kimi dərhal yəni xx.xx.2025-ci il tarixdə saat 13:09 radələrində düşdüyü anda qərardan göründüyü kimi tərtib olunmalı idi və eyni zamanda təhlükəsiz şəhər kamerası ilə inzibati tənbeh etmə qərarı tərtib olunmalı deyildir, bu ölkənin qanunvericiliyinə ziddir və qanunsuzdur. Həmin qərarı tərtib edilən gündə yəni xx.xx.2025-ci il tarixdə DİN-nin 102 qaynar xəttinə və onlayn müraciət edilmişdir. Ondan sonra da tərəfindən dəfələrlə DİN-nin 102 qaynar xəttinə araşdırılması üçün müraciət edilməsinə baxmayaraq şikayəti ilə bağlı heç bir cavab verilməmişdir. Ondan sonra o, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə rəsmi şikayət ərizə ilə müraciət etmişdir. Lakin rəsmi şikayət ərizə ilə də müraciət olunmasına baxmayaraq bu günə kimi onun şikayətinə cavab verilməmişdir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nin məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN DYPB-nin EQ 26992121 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” AR Qanununun 60-cı maddəsinə 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Həmin Qanunun 59.3.5-ci maddəsinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıbsönməsi — bu siqnal hərəkəti qadağan edir. X3 şikayətini görüntüdə avtomobillə hərəkətdə olarkən yolayrıcına daxil olduqdan sonra svetoforun qırmızı işığının yanması və yolayrıcını tərk etməli olması ilə əsaslandırmışdır və təqdim olunmuş inzibati xəta haqqında qərara əlavə edilmiş görüntüdə avtomobilin svetoforun qırmızı işıqda hərəkət edib-etməməsini müəyyən etmək mümkün deyldir. Qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ 26992121 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-405/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-405/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver