Məhkəmə qərarları › İş №3(027)-406/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-406/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-406/2021 31.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş TP ******* nömrəli, 30 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş TP ******* nömrəli, 30 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X3 göstərdi ki, 29 aprel 2021-ci il tarixdə saat 19:42 də “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnamə” əsasında idarə etdiyi “Mersedes Benz 190” minik markalı, 99NG486 dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərində Qırmızı Qəsəbəyə gedən yolun kənarında fəaliyyət göstərən “Ləzzət” restoranının yanından (küçənin adı yoxdur) Fətəlixan küçəsinə çıxarkən, Qırmızı Qəsəbə yolundan Fətəli xan küçəsi istiqamətində hərəkət edən 99TC709 dö qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobillə toqquşub və qeyd edib ki, həmin yolun üzərində heç bir yol hərərkət nişanı yoxdur. Hadisə baş verdiyi yerdə hər iki tərəfdən hərərkət edən maşınlar bir-birinə yol verməlidirlər. Hadisə baş verən zaman o, artıq Fətəlixan küçəsinə girmişdi və yol üstünlüyü onda idi. Hadisə yerinə Quba rayon YPX-nin əməkdaşları gəlib və onlar da yol nəqliyyat hadisəsi zamanı təqsirkar tərəf olaraq 99TC709 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü müəyyənləşdiriblər. Lakin hadisə ilə bağlı izahat vermək üçün Quba rayonu PŞ-də olarkən polis kapitanı X4 hadisəyə səbəb olan təqsirkar tərəf olaraq onu günahlandırıb və protokol tərtib edib. Göstərilənləri nəzərə alaraq, Quba rayonu YPX əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş 30 aprel 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinə məlumat verilsə də, məhkəmə iclasına Quba rayonu PŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Quba rayonu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən X1 şəhəri, N. Nərimanov küçəsi, ev 27-də yaşayır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin əməkdaşı N.B.Əliyev tərəfindən X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 30 aprel 2021-ci il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : X2 şikayət ərizəsi təmin edilsin. Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin əməkdaşı N.B.Əliyevin TP ******* nömrəli, 30 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar