Məhkəmə qərarları › İş №3(027)-406/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-406/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-406/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu X2 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət verərək, barəsində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati protokol və həmin protokol əsasında qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət X3 geri qaytarılmalıdır. Belə ki, X1 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini şikayətə əlavə etməmişdir. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, şikayət X3 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət və ona əlavə olunmuş sənədlər X3 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar