Məhkəmə qərarları › İş №3(027)-407/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-407/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-407/2024 03.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Quba rayon Polis Şöbəsindən daxil olmuş Hüquqi ünvanı ünvan 2r Məcəlləsinin (bundan sonra İXM-nin) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş materiallarda "xxxx" MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermədiyi göstərilmişdir. Qeyd edilənlərlə bağlı Quba RPŞ DYPB-nin əməkdaşı tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə 11 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Quba rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi inzibati xəta haqqında protokol natamam tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Hüquqi şəxsə sorğunun göndərilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bununla da "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, Quba RPŞdən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar