Məhkəmə qərarları › İş №3(027)-408/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-408/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-408/2024 02.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ kim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, İş üzrə tələbkar X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ərzuman qızının, onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1982-ci ildə Quba rayonu, İİ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: 1V5P9V8, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Quba şəhəri, 32-33-cü məhəllədə yaşayan Şəxs Ərzuman qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Ərzuman qızı Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(105)-587/2020 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X10 izahatında bildirmişdir ki, Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(105)-587/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs Ərzuman qızından 13500 manat pul məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına 31,05.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs Ərzuman oğlu bugünədək tələbkarın xeyrinə 2450 manat məbləğində pul ödəniş etmiş və halhazırda 11.095 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Ərzuman qızı özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə borcunun olduğunu bilir, lakin borcunu birdəfəyə ödəməyə imkanı və əlavə gəlir yeri, habelə iş yeri yoxdur. "xxxx" MMC-də az müddət işlədiyini, sağlamlığı imkan vermədiyi üçün işdən çıxdığını və fürsət düşən kimi, maddi imkanı olacağı təqdirdə borcunu qaytaracağını bildirmişdir. Himayəsində azyaşlı övladı olduğunu, aliment alaraq maddi tələblərini qarşıladığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə tələbkar X8 izahatında bildirmişdir ki, borclu sonuncu dəfə ona 2023-cü ilin yanvar ayında 150 manat ödəniş etmiş, cəmi bu günə kimi 2450 manat ödəniş etmişdir. Qızı xəstədir, 1-ci qrup əlildi, maddi durumu çətindi, ehtiyacları vardır və borcunu tələb edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Ərzuman qızı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs Ərzuman qızınun əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(105)-587/2020 saylı icra vərəqəsinə əsasən İddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(027)-1477/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı X4 cavabdehlər Şəxs Ərzuman qızına və X6 qarşı pul tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh Şəxs Ərzuman qızından 13500 (on üç min beş yüz) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 (on beş) manat dövlət rüsumları alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(105)-587/2020 saylı icra sənədi xx.xx.2023-cü il tarixində icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs Ərzuman qızına bildiriş göndərilmişdir. Bildiriş göndərilməsini təsdiq edən xəbərnamə xx.xx.2023-cü il tarixində “Zeynalova” soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Buna baxmayaraq o icra məmurunun çağırışlarından yayınaraq, tələbin könüllü icrasını təmin etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs Ərzuman qızının yuxarıda qeyd edilən hərəkətləri icra sənədi üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs Ərzuman qızına tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra sənədinin icrasının təmin edilməsi tələb edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata X1 himayəsində xx.xx.2016-cü il təvəllüdlü X12 adlı övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci və 32.1.3-cü maddəsinə əsasən müvafiq olaraq səmimi peşmançılığı və himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs Ərzuman qızının törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Ərzuman qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Şəxs Ərzuman qızının hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 06 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar