Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-409/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba RPŞ YPX inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 511.1.3-cü maddələrilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixində, saat 21:43-də idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ünvan 1inə gedərkən Azərbaycan Respublikası İXM-nin 327.3, 329.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Quba RPŞ YPX inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixində, saat 21:43-də idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ünvan 1ininin kəndarası yolu ilə hərəkətdə olarkən ona “saxla” işarəsi verilib, lakin Şəxs onlara tabe olmayaraq, sürəti artırıb və maşını sürüb evinin həyətə salmışdır. Xidməti avtomobildə görüntünü əldə etmək üçün cihaz quraşdırılsa da, hadisə görüntülərində təsvir əks olunmur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, mart ayının əvvəllərində idarə etdiyi “Mercedes Benz E220” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ailəsi ilə birlikdə ünvan 1inə gedərkən, kəndarası yolda polis avtomobilindən ona işarə verilmişdir ki, avtomoili saxlasın. Avtomobili üzərində həbs olduğuna və cərimə borcları olduğuna görə cərimə meydançasına aparmaqlarından narahat olduğuna görə avtomobili saxlamayaraq uzaqlaşıb avtomobili sürüb evinin həyətində saxlamışdır. Dİgər hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ YPX inspektoru X2 bildirmişdir ki, “Mercedes Benz E220” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil kəndarası yolla hərəkətdə olarkən ona “saxla” işarə vermiş, lakin sürücü əhəmiyyət verməyərək ara küçəyə dönərkən qəflətən sürəti artıraraq oradan uzaqlaşmışdır. Bir qədər irəli getdikdən sonra avtomobili evinin həyətində saxlamışdır. Həmin yerdə asfalt örtüyü olmadığından, hər hansı iz müəyyən olunmamışdır. Məhkəmə protokol tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata 511.1.3-cü maddə ilə bağlı hissədə xitam verilməli və icraatın 327.3-cü və 329.3-cü maddələrilə olan hissəsi isə baxılması üçün aidiyyəti üzrə Quba rayon PŞ-ə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şəxs isnad edilən əməldə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi hər hansı hərəkətlərin olduğunu və bu hərəkətlərin sübutu kimi hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə məhkəmə iclasında protokol tərtib etmiş şəxsin və şahidin ifadələrindən müəyyən olunur ki, yol örtüyü qeyd edilən hərəkətlərin icrasına imkan vermir və tabesizlikdə ifadə olunan digər hərəkətlər də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin evinə az məsafədə hərəkətdə olarkən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3-cü maddələrilə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,
105. 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 511.1.3-cü maddələrilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 511.1.3-cü maddəsilə bağlı hissədə xitam verilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü və 329.3-cü maddələrilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon PŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Aydın Babayev