Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-409/2024 13.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 20597518 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 20597518 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində “Cevrolet Kruze” ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 17 aprel 2024-cü il tarixdə saat 07:30 radələrində idarə etdiyi avtomaşınla Quba şəhəri Fətəlixan küçəsində qarşıda dayanmış avtomaşını manevr edib həmin avtomaşının yanından ötüb keçib və o heç bir ötmə əməliyyatı həyata keçirməmişdir. Ək istiqamət hərəkət zoagina çıxmaqla da qarşıda dayanmış avtomaşnı ötmək yox həmin avtomaşının manevr edib yanından keşmək olmuşdur. Ona görə də hesb edir ki, DYP əməkdaşlarının qeyd etdiiyi kimi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməlyyatı həyata keçirməmişdir, ona görə də hesab edir ki Quba DYP əməkadaşlarının tərtib etdiyi protokol və həmin protokol əsasında tərtib edilmiş qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Belə ki, şikayətinə əlavə etdiyi hadisə yerindən çəkilmiş fotoşəkillərdən də məlum olur ki, o qarşıda hərəkətdə olan avtomaşını ötməmişdir, sadəcə qarşıda duran avtomaşının yanından manevr edərək keçmişdir. İşə baxılmasının yeri və vaxtı barədə şikayət verən X2, qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-ə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, şikayət verən şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 20597518 saylı qərarından görünür ki, X3 “Cevrolet Kruze” **-BH-*** dövlət nömrə nişanlı avtomobillə Quba şəhəri Fətəlixan küçəsində hərəkətdə olarkən, DİN BDYPİ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. Şikayət ərizəsinə əlavə olunmuş fotogörüntüdən göründüyü kimi, “Cevrolet Kruze” **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Quba şəhəri Fətəlixan küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5.5-ci bəndinə əsasən yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. X3 şikayətini əks yola çıxmadığı və hərəkət etdiyi zaman 3.20 – Ötmək qadağandır yol nişanının təsir sahəsindən kənarda ötmə əməliyyatı etdiyini ilə əsaslandırsa da, təqdim olunmuş inzibati xəta haqqında elektron qərara əlavə edilmiş görüntüdə “Cevrolet Kruze” **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etdiyi müəyyən olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 20597518 saylı qərarı faktiki əsaslar olmaqla qanunvericiliklə müəyyən olunmuş prosessual hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 20597518 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-409/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-409/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver