Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-409/2025 26.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Quba ryon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7, Zərərçəkmiş şəxs nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X9 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Quba Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Quba Rayon Məhkəməsinin 2(027)- 175/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarışa əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına cavabdehlər X4 və X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. Tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən böyük icra məmuru X9 protokolda göstərilənləri təsdiq edərək, bildirmişdir ki, sözügedən icra vərəqəsi üzrə müvafiq icra işi açılmış və icraata başlanılmışdır. Borclu icra sənədinin icrasına imkan vermir, tələbkarın mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına maneələr törədir. Məhkəmədə Şəxs bildirmişdir ki, tələbkarın tuikintiyə dair iki saxta sənədi var. Tələbkarın torpaq sahəsi onun torpaq sahəsindən 5 metr aralıda yerləşir, lakin tələbkar onun yaşadığı evdən cəmi 1 metr məsafədə ona məxsus torpaq sahəsində tikinti işləri aparır. Həmin sahədə onun qarajı vardır. Tələbkarın tikintisinə görə evinə girişi məhdudlaşdırılmışdır. 7 ildir bu məsələ ilə bağlı aralarında çəkişmə var və o, davamlı olaraq polis şöbəsinə şikayətlər edir. Tələbkar onun kommunikasiya xəttlərini dağıdmaq istəyir. Bu səbəbdən o, tikintiyə mane olur. Hesab edir ki, bu işə yenidən baxılmalıdır. Məhkəmə qətnaməsindən şikayət verməmişdir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X2 bildirdi ki, 7 ildir ki, sözügedən torpaq sahəsi onların mülkiyyətindədir. Ev tikmək üçün layihəsi var və tikinti işləri gedir. Şəxs evi ilə onun tikintisi arasında 9 metr məsafə vardır. Buna baxmayaraq, hər dəfə işə başlamaq istəyəndə, Yeganə mübahisə yaradır, ustaları qovur ona qarşı təhqiramiz ifadələr işlədir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır, həmin inzibati xətanı törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Quba Rayon Məhkəməsinin 2(027)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarışa əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına cavabdehlər X4 və X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. -“İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Quba Rayon Məhkəməsinin 2(027)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, “İcraata başlamaq haqqında” qərarın surəti borclular X4 və X3 təqdim edilmişdir. - Şəxs xx.xx.2025-ci il tarixli iltizamından görünür ki, Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində yaşıllıq zolağına ziyan vurmadan, kanalizasiya xətlərini zədələmədən tikinti işlərinin aparılması üçün torpaq sahəsi kifayət etmir. - Quba şəhəri, Cəfər Cabbarlı küçəsində xx.xx.2024-cü il tarixdə Quba rayon İcra şöbəsinin icra məmurları, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X1, borclu Şəxs iştirakı ilə tərəfinfən tərtib edilmiş aktdan görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi təmin etmək məqsədilə icra tədbiri təyin edilmiş, aktı tərtib edən şəxslər mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmişlər, borclu Şəxs qətnamənin icrasından yayındığına görə yarana biləcək məsuliyyəti izah edilmiş, borclu Şəxs topraq sahəsində tikinti işlərinin aparılmasına maneşilik törədərək məhkəmə qətnaməsinin icrasına imkan verməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin Quba Rayon Məhkəməsinin 2(027)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********91 reyestr, ********** qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxarışa əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0,04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına cavabdehlər X4 və X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş və icra sənədi icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə borclu icra sənədini və icra məmurunun qanuni tələblərini icra etməməsi səbəbilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin əsassız olmasını iddia edərək, tikinti işlərinin qanuni yerdən aparılacağı təqdirdə maneə törtəməyəcəyini bildirmişdir. Göründüyü kimi, Şəxs öz fikirləri ilə Quba Rayon Məhkəməsinin 2(027)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinin icrasından qərəzli olaraq yayındığını bəlli etmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs hərəkətində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-409/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-409/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver