Məhkəmə qərarları › İş №3(027)-41/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-41/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-41/2024 07.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, "xxxx" ASC -nin direktoru X1 iştirakı ilə "xxxx" ASC (ünvanı: Quba şəhəri, Heydər Əliyev prospekti, 210 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala əsasən, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26-2-9521/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2021-2022-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər (poçt tərəfindən təsdiq edən qəbz əlavə edilməklə) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC barəsində 08 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında EP ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon Məhkəməsinin 3(027)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. "xxxx" ASC Quba rayon Məhkəməsinin 3(027)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 3(027)- 41/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-129/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 3(027)- 41/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qərarı ləğv edilmiş və "xxxx" ASC barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasında "xxxx" ASC-nin direktoru X5 izahat verərək bildirmişdir ki, 2021- 2022-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların dəvət edilməsini təsdiq edən sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərmişdir. Ona görə də "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nə ünvanlanan 28 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, 2021-2022ci illərin yekunu üzər keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin (poçt tərəfindən təsdiq edən qəbzi əlavə etməklə) təqdim edilməsi təklif edilmiş və bu barədə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-nə ünvanlanan 08 dekabr 2023-cü il tarixli 6-1-26/2-9521/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 6-1-26/2-9210/2023 saylı 28 noyabr 2023-cü il tarixli göstərişi ilə tələb edilən edilən məlumatları 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi təklif olunmuşdur. Bununla da müəyyən edilir ki, "xxxx" ASC Mərkəzi Bankın 08 dekabr 2023-cü il tarixli 6-1-26/2-9521/2023 saylı məktubu ilə tələb edilən sənədləri (cəmiyyətin nizamnaməsinin, səhmdarların reyestrinin, səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 01-26- 2-2022-9713 saylı məktubu ilə tələb edilən sənədləri (səhmdarların reyestri və ümumi yığıncaqların protokolları) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-839/2022 saylı qərarı ilə "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-877/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X5 Bakı şəhəri 38 saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, X2 və X3 qarşı “səhmlərin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Xüsusi Notariat ofisinin notariusu İkram Xəlilov tərəfindən xx.xx.2023-cü il tarixli, 3M/133, 3/M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 3 saylı Ərazi Vergilər İdarəsinin 12 fevral 2024-cü il tarixli uçota dair arayışından görünür ki, "xxxx" ASC-nin sahibkarlıq və digər vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2074-cü il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkibi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankın 28 noyabr 2023-cü il tarixli sorğusunun "xxxx" ASC-nə təqdim edilməsi və cəmiyyət tərəfindən onun qəbul edilməsindən imtina edilməsi sübuta yetməmişdir. Bundan başqa, inzibati xətaya dair protokol tərtib etmək üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə görə “inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. “02 dekabr 2022-ci il tarixli 664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13 yanvar 2023-cü il tarixindən etibarən “üç" sözü “dörd" sözü ilə əvəz olunmuşdur. Göründüyü kimi, sözügedən inzibati xəta barədə iş üzrə hər iki müddət ötmüşdür. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Quba Nəqliyyat" ASC-nin 2021-2022-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin təqdim edilməməsinə dair ASC barəsində inzibati tənbeh 2 il sonra tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar