Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-412/2021 31.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, X4 iştirakı ilə, X16 Təsərrüfatı Mərkəzinin inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, X16 Təsərrüfatı Mərkəzinin direktor əvəzi X8 inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X16 Təsərrüfatı Mərkəzinin direktor əvəzi X8 inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı guya 23 sentyabr 2020-ci il tarixdə Quba rayonu, Rustov meşəbəyliyinin 8 saylı dolayının ərazisindən qanunsuz olaraq 32 ədəd yaş köküstə ağacları kəsdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. X16 Təsərrüfatı Mərkəzinin direktor əvəzi X8 inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı əsassız, mövcud inzibati qanunvericiliyin tələblərinə zidd, qərəzli olaraq heç bir faktiki sübutlara əsaslanmadan verildiyindən ləğv olunmalı və həmin qərarın icraatına xitam verilməlidir. Barəsində verilmiş həmin qərarla razılaşmır. Belə ki, o, ailəsi ilə Quba rayonu, Təngəaltı kəndində yaşayır, uzun müddət X14 İdarəsində polis əməkdaşı işləmişdir, hazırda təqaüddədir, həm də maddi vəziyyəti ilə bağlı Quba rayonu, İİ Nügədi kəndində yerləşən Vüsal Əzimov adına Şirkətdə işləyir. O, 21 sentyabr 2020-ci il tarixdə, saat 09:00dan 22 sentyabr 2020-ci il tarixə saat 09:00-a kimi növbədə olmuşdur. 23 sentyabr 2020-ci il tarixdə, səhər saat 05:30 radələrində qohumu ona zəng edərək qızının ağır vəziyyətdə Bakı şəhərində xəstəxanaya yerləşdirildiyini bildirmiş və həmin gün saat 07:00 radələrində ailəsilə birlikdə evdən çıxıb Bakı şəhərinə getmişdir. Qızının vəziyyəti ilə bağlı o, Bakı şəhərində qalmalı olmuş və şirkət rəhbərliyinə müraciət edərək 24 sentyabr 2021-ci il tarix üçün bir günlük icazə almışdır. 24 sentyabr 2021-ci il tarixdə axşamüstü Bakı şəhərindən yaşadığı Quba rayonu, Təngəaltı kəndinə gəlmiş və 25 sentyabr 2020-ci il tarixdə, saat 09:00-da şirkətdə işinə başlamışdır. Barəsində tərtib olunmuş protokolda və qərarda isə həmin gün, yəni faktiki olaraq Bakı şəhərində olduğu 23 sentyabr 2020-ci il tarixdə Quba rayonu, Rustov meşəbəyliyinin 8 saylı dolayının ərazisindən qanunsuz olaraq 32 ədəd yaş köküstə ağacları kəsməyi qeyd olunmuşdur. Br daha bildirmişdir ki, o, həmin gün yaşadığı Təngəaltı kəndində olmamış və meşə ərazisindən heç bir ağac kəsməmişdir. Protokolda göstərilir ki, bu fakt toplanmış materiallarla təsdiq olunur. Hansı materiallara istinad olunursa, bu ona aydın deyildir. Onun ağac kəsməyini təsdiq edən heç bir fakt yoxdur. Protokolda yalnız protokolu tərtib edən X14 İdarəsinin meşə mühafizə mühəndisi Pərviz Əmrəliyevin adı və imzası qeyd olunmuş, protokolda faktla bağlı iştirak edən şəxslər barədə heç bir məlumat yoxdur, heç bir izahat alınmamış, faktı təsdiq edən heç bir sübuta istinad olunmamışdır. Barəsində inzibati protokol 23 sentyabr 2020-ci il tarixdə tərtib olunmasına baxmayaraq X14 İdarəsi uzun müddət gözləmə mövqeyində qalmış, yalnız beş aydan sonra barəsində əsassız, heç bir fakta və sübuta əsaslanmayan, inzibati qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Onun barəsində tərtib olunmuş inzibati protokol və onun əsasında qəbul edilmiş qərardan məlumatı olmamışdır. Protokolun surətinin ona verilməsi və ya göndərilməsi barədə protokolda heç bir məlumat yoxdur, protokolun verilmə, göndərilmə tarixləri boş olmaqla heç bir tarix qeyd olunmamışdır. O, 2021-ci ilin aprel ayının sonlarında Quba rayon İcra və Probasiya Şöbəsinə çağırıldığı vaxt belə bir qərarın olduğunu bilmiş, protokol və həmin qərarın surətini Quba rayon İcra və Probasiya Şöbəsindən əldə etmişdir. Hesab edir ki, tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. O, 23 sentyabr 2020-ci il tarixdə Quba rayonu, Rustov meşəbəyliyinin 8 saylı dolayının ərazisindən heç bir ağac kəsməmişdir. Barəsində tərtib olunmuş inzibati protokol və onun əsasında qəbul edilmiş qərar qərəzli olaraq verilmişdir. X16 Təsərrüfatı Mərkəzinin direktor əvəzi X8 inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı bu günə kimi rəsmi olaraq ona verilməmiş və ya təqdim olunmamışdır. Ona görə də hesab edir ki, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Məhkəmə iclasında X7 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək göstərdi ki, X7 onun həmkəndlisidir. 23 sentyabr 2020-ci il tarixdə, səhər saat 6-7 radələrində İlham Orucəliyev ona zəng edərək, qızının ağır vəziyyətdə Bakı şəhərində xəstəxanaya yerləşdirildiyini bildirmiş və Bakı şəhərində maşın sürə bilmədiyinə görə ondan onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. O, həmin gün saat 07:00 radələrində maşını ilə İlhamı ailəsi ilə birlikdə Bakı şəhərinə aparmışdır. Həmin gün İlhamın nəvəsi dünyaya gəlmiş və qızının vəziyyəti ilə əlaqədar Bakı şəhərində qalmalı olmuşlar. İlham onun yanında işlədiyi şirkət rəhbərliyinə zəng edərək, 24 sentyabr 2020-ci il tarix üçün bir günlük icazə almışdır. 24 sentyabr 2020- ci il tarixdə axşam tərəfi İlham salamatçılıq olduğunu bildirmiş, ona görə də həmin günü axşam saatlarında Bakı şəhərindən yaşadıqları Quba rayonu Təngəaltı kəndinə qayıtmışlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş X16 Təsərrüfatı Mərkəzinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə izahatları dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, X16 Təsərrüfatı Mərkəzinin inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəa haqqında protokoldan görünür ki, X7 23 sentyabr 2020-ci il tarixdə Quba rayonu, Rustov meşəbəyliyinin 8 saylı dolayının ərazisindən qanunsuz olaraq 32 ədəd yaş köküstə ağacları kəsmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 23 sentyabr 2020-ci il tarixdə Quba rayonu, Rustov meşəbəyliyinin 8 saylı dolayının ərazisindən qanunsuz olaraq 32 ədəd yaş köküstə ağacları kəsdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 16 mart 2021-ci il tarixli, 64834/21-07 nömrəli bildirişdən görünür ki, Quba rayon İcra və probasiya Şöbəsi tərəfindən X5 cəriməni 2 ay müddətinə bank vasitəsilə dövlət büdcəsinə ödəməsi təklif olunmuş, ödəniş qəbzini Quba rayon İcra və probasiya Şöbəsinə təqdim etməsi bildirilmiş, qeyd olunan inzibati cəriməni həmin müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(027)- 784/2021 saylı qətnaməsindən görünür ki, X16 Təsərrüfatı X1 tərəfindən Meşə Fonduna vurulmuş 343,69 manat ziyanın X11 Benifisiarın adı: X16 Təsərrüfatı Mərkəzi, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli məktubuna əsasən, inzibati iş üçün əhəmiyyət kəsb etdiyindən X7 barəsində inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarın tərtib edilməsinə əsas olan sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin X16 Təsərrüfat Mərkəzi tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXMnin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamış və X4 prosesdə iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, X16 Təsərrüfatı Mərkəzinin inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün X16 Təsərrüfatı Mərkəzinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət təmin edilsin. X16 Təsərrüfatı Mərkəzinin inzibati tənbeh vermə haqqında 28 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün X16 Təsərrüfatı Mərkəzinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-412/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-412/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver