Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-414/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə Quba Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən e t d i: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında Quba rayon prokuroru Namiq Muradovun 12.10.2020-ci il tarixli qərarı daxil olmuş, Quba Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 05.11.2020-ci il tarixli, 3(027)-890/2020 saylı qərarı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.04.2021-ci il tarixli, 3(105)-227/2021 saylı qərarı ilə Quba Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 3(027)-890/2020 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-nin nümayəndəsi və Quba rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 05 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında müstəntiqin qərarından görünür ki, həmin qərarla X5 Azərbaycan Respublikasi CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması; iş üzrə X1 İmanov kimi yazıldığı bütün sənədlərdə onun soyadı İmamov kimi tanınaraq oxunması; iş üzrə təqsirləndirilən şəxs X3 özünü qismən təqsirli bilməsi barədə olan vəsatətinin əsassız olduğundan təmin olunmayaraq rədd edilməsi; X6 oglu barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; iş üzrə Azərbaycan Respublikası CM-in 265-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi “xxxx” MMCnin Baki şəhəri ünvan 1 ünvanında yerləşən qarajında saxlanılan, tərəfərindən baxış keçirilmiş “Tatra 815 yük” markalı, ** JZ *** dovlət qeydiyyat nişanlı və “Tatra 815 yük” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində hadisənin izlərinin saxlanıldığına gorə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi; Qərarın surətinin X5 göndərilməsi; Qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon prokuroru tərəfindən inzaibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC tərəfindən yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkil edilməməklə həmin müəssisə tərəfindən Azarbaycan Respublikasi İXM-nin 326-ci maddəsinda nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona göra da hüquqi şəxs X4 Dövlat Agentliyi “xxxx” MMC barəsində Azarbaycan Respublikasi İXM-nin 326-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və baxılmasından ötrü Quba Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, 01 iyun 2020-ci ildə Sabir Aydəmirov və Səxavət İmamov idarə etdiyi avtomobillərlə Quba rayonunda yerləşən Alpan-Susay-Xınalıq avtomobil yolunun tikintisində iştirak etmək üçün yol vərəqəsi və ezamiyyət vərəqəsi verilməklə “xxxx” MMC-yə ezam olunmuşlar. Ezam olunduqdan sonra həmin avtomobillərin sazlığına cavabdehlik “xxxx” MMC-də olmuşdur. İş üzrə sübutlarla müəyyən olunur ki, inzaibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə “xxxx” MMC-nin təqsiri olması qənaətinə gəlindiyi halda digər bir hüquqi şəxs olan “xxxx” MMC barəsində inzaibati tənbeh tədbirinin görülməsindən ötrü material baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə görə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-nin inzibati xətanın törədilməsində aidiyyəti olmadığından, təqsirliliyi sübuta yetirilmədiyindən və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Quba Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 485.2, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə Quba Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-414/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-414/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver