Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-416/2025 19.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokol tərtib edən şəxs İİ Tağım YPX-nin inspektoru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Quba rayonu, Aşağı-Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin:xxxxxxx, subay, Quba rayonu, Aşağı-Atuc kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci və 334.3-cü maddələrilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Daxil olmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:50-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Opel- Astra” minik markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba – Dağıstan yolunun 177-ci km-də, Aşağı Atuc kəndində hərəkətdə olarkən, yol nəqliyyat hadisəsi törətməklə, şəhid X6 şəkli əks olunmuş dəmir çərçivəli lövhəni yararsız hala salmışdır. Bununla da, Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.6-cı və 332.1-ci və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, avtomobili sürsücülük vəsiqəsi olmadan idarə edib və bir qədər də içkili olub. Avtomobil evində işlədiyi ustaya məxsusdur, sürücülük vəsiqəsi olmadan sürmüş və çox içkili olmamışdır. Hadisə ilə bağlı peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs X2 izahatında Şəxs sürsücülük vəsiqəsi olmadan, həm də içkili halda avtomobili idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində bildirmişdir ki, onun oğlu “2-ci Qarabağ” müharibəsində torpaqlarıın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. T. Soltanov törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində, oğlu şəhid Orucov Afərin şəkli əks olunmuş dəmir çərçivəli lövhəni yararsız hala salınmışdır, dəyən ziyanı qaytarmamışdır. Ondan şikayətçidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcələnin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törtmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 334.3-cü maddəsi ilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir.Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və təqsir dərəcəsini, məsuliyyəti yüngülləşdirən haların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Beləliklə də, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 332.1-ci maddələrilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətində inzibati həbs tətbiq edilsin Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 19 may 2025-ci il, 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci,327.6-cı və 332.1-ci maddələrilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-416/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-416/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver