Məhkəmə qərarları › İş №3(027)-417/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-417/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-417/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş 18 mart 2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Azərbaycan Respublikası bütövlüyünün təmin edilməsi uğrunda fəal iştirak etmişdir. 18.03.2022-ci il tarixdə o, etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri, Vaqif küçəsi ərazisində hərəkətdə olarkən, yükdaşıma qaydalarını pozuduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində EQ ******* nömrəli qərar tərtib edilərək 40 manat məbləğində cərimə edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək , EQ ******* saylı qərarın tərtib edilərək 40 manat məbləğində cərimə edilməsi əsassızdır. Çünki, polis əməkdaşları tərəfindən protokol və protokol əsasında qərar heç bir araşdırılma aparılmadan əsassız olaraq tərtib edilmişdir. Belə ki, o, hadisə zamanı hərəkətdə olarkən Post Patrul Xidmətinin əməkdaşları onu əsassız olaraq saxlamış və hadisə yerinə sonradan X6 əməkdaşları gəlmişdir. Ona görə də, hesab edir ki, məhkəmə tərəfindən lazımi qaydada araşdırılma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və inzibati tənbeh vermə haqqında 18.03.2022-ci il tarixli, EQ ******* saylı qərar ləğv edilməlidir. Çünki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 yük daşıma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati4 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə riayət etməyərək, yük daşıma qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar