Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-419/2025 20.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Ağayev X1 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələr ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında 19 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Quba RPŞ-nin inzibati binasında ucadan nalayiq söyüşlər söymüşdür. İnzibati xəta haqqında 19 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Quba RPŞ-nin inzibati binasında sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik nümayiş etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə daxil olmuş 19 may 2025-ci il tarixli MN seriyalı ******* və 19 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-419/2025 nömrəli inzibati iş və 3(027)-420/2025 nömrəli inzibati iş bir icraatda 3(027)- 420/2025 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-419/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-419/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver