Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-42/2022 28.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, X2 iştirakı ilə, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 08 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında 4000 (dörd min) manat cərimə olunması barədə tərtib edilmiş 08 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonu, İ Nügədi kəndində yaşamaqla, yaşadığı kənddə yerləşən "Məryəm" şadlıq sarayını icarə müqaviləsinə əsasən isitfadə edir və istifadədə olan sarayda toy və digər mərasimləri keçirirlər. Pandemiya ilə əlaqədar sarayda keçirilən tədbirin tarixinə 5 gün qalmış tədbiri keçirmə tarixi, başlama, bitmə vaxtı və qonaq sayı barədə məlumatları portala daxil edirlər. 22 dekabr 2021-ci il tarixdə həmkəndlisi X5 ona müraciət edərək, 08 yanvar 2022-ci il tarixdə icarəsində olan sarayda 150 nəfərlik toy mərasimi keçirmək istədiyini bildirmiş, onunla toy mərasimini keçirmək barədə razılıq əldə etdikdən sonra o, fərdi fəaliyyət göstərən Elmar Əliyevə müraciət edib Təhmin Baharovun toy mərasimi barədə məlumatları portala daxil etməsini xahiş etmiş və o, ondan sənədləri alıb Təhmin Baharovun toy mərasimi barədə bütün lazım olan məlumatları portala daxil etmişdir. O, T.Baharovla razılaşdığı kimi toy mərasimini 08 yanvar 2022-ci il tarixdə keçirməyə başlamışdır. 08 yanvar 2022-ci il tarixdə polis əməkdaşları icarəsində olan saraya daxil olub COVİD-19-a əlaqədar karantin qaydalarına riayət etmədiklərini və mərasim barədə vergilər şöbəsinin portalına məlumat daxil olması barədə sənədləri tələb etmişlər. O, polis əməkdaşlarına icarəsində olan saraya aid hüquqmüəyyənedici sənədləri onlara təqdim etmiş, onlar sənədlərə baxış keçirib bildirmişlər ki, T.Baharovun toy məclisinin keçirilmə tarix 08.01.2022-ci il deyil, 08.12.2022ci il tarixdədir. O, qanunla müəyyən edilmiş karantin qaydalarını pozaraq AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, o, onlara qanunla müəyyən edilmiş bütün hərəkətləri etdiyini, sistemdə səhv olduğunu, onu yoxlayıb aradan qaldırmaq mümkün olacağını bildirsə də polis əməkdaşları onun iradlarına əhəmiyyət verməyərək, protokol tərtib edərək, 08 yanvar 2022-ci il tarixli qərarı ilə onu Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib 4000 manat cərimə cəzası tətbiq etmişlər. O, Quba rayon Polis Şöbəsinin inzibati xəta törətməyi barədə 08.01.2022-ci il tarixli protokol və həmin protokol əsasında tərtib edilmiş qərarla razılaşmır, qərar qanunsuz və ədalətsiz olmaqla qanun pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Quba rayon Polis Şöbəsinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 08 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 08 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəa haqqında protokoldan görünür ki, 08 yanvar 2022-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində yerləşən "Məryəm" şadlıq sarayının ********** nömrəli VÖEN-lə sahibkar X4 “icazə.e-gov.az” portalından qeydiyyatdan keçmədən Təhmin Baharovun toy məclisini keçirmişdir. İş materiallarında olan 08 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan iltizamnamədən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən "Məryəm" şadlıq sarayının rəhbəri X4 08 yanvar 2022-ci il tarixdə keçiriləcək X3 şənlik mərasimi zamanı şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunması ilə bağlı metodiki göstərişlərdə müəyyən edilmiş tələblərə əməl etməyi öhdələrinə götürmüş və epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müştərək məsuliyyətə cəlb olunacaqları barədə məlumatlandırılmışlar. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXMnin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 08 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Quba rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 08 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Quba rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-42/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-42/2022
28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver