Məhkəmə qərarları › İş №3(027)-421/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-421/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-421/2021 07.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Quba Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: “xxxx” MMC-nin 1 saylı Regional Sukanal İdarəsinin Quba Sukanal sahəsinin rəisi Şəxs oğlu əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına riayət etmək vəzifəsinin olmasına baxmayaraq “Tikintidə təhlükəsizlik texnikası” 111-4-80 saylı “Tikinti norma və qaydaları”nın 2.2 bəndinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili, Ümumi tələblər.” 12.0.004-79 DÜST-nin (dövlət standartının) 2,5, 3.10 bəndlərinin, bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2”nın tələblərini pozaraq Quba şəhəri “Sədərək” su anbarının su nasosları quraşdırıldığı sahədə (tikilidə) təhlükəli istehsalat faktorları olan zonalar müəyyən edilməklə boru kəmərlərinin arasında su xəttlərinin üzərində quraşdırılmış ventillərə onların idarəedilməsi (açıb-bağlanması) üçün təhlükəsiz keçməsi məqsədi ilə müvafiq keçid yollar (traplar, körpülər və s.) təşkil etməyərək, eləcə də təmirçi-çilingər Zərərçəkmiş şəxs ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılmasını keçirmədən sərbəst işə buraxdıqından və Zərərçəkmiş şəxs xüsusi geyim və ayaqqabılarından istifadə etməsinə nəzarət etmədiyindən Zərərçəkmiş şəxs 01 dekabr 2020-ci il tarixdə axşam Quba şəhəri, Sədərək su anbarında növbədə olan zaman qrafikə uyğun olaraq əhaliyə dəmir boru vasitəsilə verilən təmiz suyun paylayıcı funksiyasını həyata keçirən vintilləri bağlamağa gedərkən su anbarında dəmir borunun üzərindən keçən zaman qəflətən ayağı sürüşmüş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol aşağı ətrafda qamış sümüyünün yuxarı 1/3-dən qapalı oynaqdaxili sınığı növündə dərəcəsinə görə sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmuşdur. İş materiallarında olan Quba rayon prokuroru, baş ədliyyə müşaviri Namiq Muradovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 03 may 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla rayon prokurorluğunda araşdırılmış 02c-21 №li material üzrə Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu, Zərərçəkmiş şəxs və Quba rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2021-ci il tarixli, 27 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarətsol aşağı ətrafda qamış sümüyünün yuxarı 1/3-dən qapalı oynaqdaxili sınığı, dərəcəsinə görə sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Quba Rayon Prokurorunun köməkçisi, X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 may 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 02c-21 №li material üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqni tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslərə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs oğlunun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs oğlunun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs oğlu 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar