Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-421/2025 20.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Qusar rayonu, Xurəl kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, evli, işləməyən, bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Quba şəhəri. 29-cu məhəllə ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 2- 1793/2005 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokola əlavə edilmiş arayışdan göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 2-1793/2005 saylı icra vərəqəsinə əsasən 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs əmək haqqı və bütün gəlirlərinin 1/3 hissəsi xx.xx.2005-ci il tarixdən başalayaraq, aliment olaraq Zərərçəkmiş şəxs nəfinə tutulmalıdır. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2025-ci il tarixdə adiyyəti üzrə Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmış və borclunun adına heçbir əmlak aşkar olunmamışdır. İş üzrə borclu Şəxs aliment borcu üzrə bugünədək 1450 manat ödəniş etmiş hal-hazırda 15917 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X2 izahatında bildirmişdir ki, iş üzrə icraat 2005-ci ildən Binəqədi icra şöbəsində baxılmış, 2025-ci ildən Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir və məlum olmuşdur ki, borclu sonuncu dəfə 2024-cü ilin avqust ayında 1000 manat ödəniş etmişdir. Ondan sonra heç bir ödəniş yerinə yetirməmişdir. Qalıq borc sonuncu ödənişə əsasən hesablanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi barədə məlumatlıdır. 2005-ci ildə qətnamə çıxarılıb və aliment onun əmək haqqına yönəldilmişdir. Sonradan 2007-ci ildən ixtisara düşmüş işdən çıxmışdır. Buna baxmayaraq alimentin ödənilməməsi barədə 2-ci dəfə nə qarşı tərəfdən aliment tələb edilməmiş, nə də ki, icra məmuru tərəfdən heç bir xəbərdarlıq edilməmişdir. Ona heç bir yazılı və ya şifahi məlumat verilməmiş, icra şöbəsinə çağırılmamışdır. 2005-ci ildə sonuncu dəfə məhkəmədə olmuşdur və məhkəmədən çıxanda tələbkar ona ondan aliment tələb etmədiyini bildirmiş və ayrılmışlar. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 2-1793/2005 saylı icra vərəqəsinə əsasən, 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs əmək haqqı və bütün gəlirlərinin 1/3 hissəsi xx.xx.2005-ci il tarixdən başalayaraq, aliment olaraq Zərərçəkmiş şəxs nəfinə tutulmalıdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixində Binəqədi rayon İcra şöbəsinin icra məmuru İlyas Məmmədovun icraatına daxil olmuş, həmin tarixdə tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixində Şəxs bildirişi qəbul etdiyini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 2-1793/2005 saylı icra vərəqəsi xx.xx.2024-cü il tarixində Binəqədi rayon İcra şöbəsinin icra məmuru İlyas Məmmədovun icraatına daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, 96631/2024-04 saylı “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 2- 1793/2005 saylı icra sənədi Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraatına keçmişdir. Həmin tarixdə - yəni xx.xx.2025-ci il tarixində tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmiş, xx.xx.2025-ci il tarixində Şəxs bildirişi qəbul etdiyini imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Araşdırma zamanı məlum olmuşdur ki, Binəqədi rayon İcra şöbəsi tərəfindən məhkəmə qətnaməsilə xx.xx.2005-ci il tarixdən müəyyən edilmiş alimentin məbləği üzrə həmin tarixdən 2024-cü ilin soncu ödəniş tarixinə kimi qalıq aliment borcu haqqında məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında MN ******* nömrəli protokol və toplanmış material Quba rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-421/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-421/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver