Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-422/2021 21.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, X5 oğlunun inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə şikayət ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətinin nəzarətə götürülməsini xahiş etmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsi tətbiq edilməklə, hazırki şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, X4 şiakyət ərizəsinə 27.04.2021-ci il tarixli MN1063741 saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul olunması üçün əsas olmuş 27.04.2021-ci il tarixli MN ******* №li protokolu əlavə etməmişdir. Həmçinin, şikayətçi şikayət ərizəsində hansı inzibati xəta haqqında iş üzrə qərarın (qərarın tarixi, kim tərəfindən və nə vaxt qəbul edilməsi göstərilməmişdir) ləğv edilməli olmasını göstərməmişdir. Bundan başqa şikayətçi həmin qərarı nə vaxt almasını və ondan şikayət müddətini ötürüb-ötürməməsini qeyd etməmişdir. Bu da hazırki ərizəyə baxılmasını mümkünsüz edir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X2 şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-132-cu maddələrini rəhbər tutub, qərara aldım: X1 şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-422/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-422/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver