Məhkəmə qərarları › İş №3(027)-423/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-423/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-423/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs-nin nümayəndəsi X3 iştirakı ilə Şəxs (ünvanı: Quba rayonu, Dəlləkli kəndi; qanuni təmsilçisi: X6; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 21.09.2019-cu il tarixdə **********0632 saylı gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük idarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 3624,03 ABŞ dolları (6160,85 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. 07.04.2021-ci il tarixdə, 1700-013/003-22/001684 saylı məktubla Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilərək, Şəxs-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərdiyi təqdirdə hansı ünvanda fəaliyyət göstərməsi, Şəxs-nin rəhbərinin şəxsiyyətinə dair məlumatların təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin 15.04.2021-ci il tarixli, **********983800 saylı cavab məktubunda “Şəxs" MMC-nin ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alınmış, MMC-nin hüququi ünvanı AZ4032, Quba rayonu, Dəlləkli kəndidir, fəaliyyəti aktiv vəziyyətdədir, hüquqi şəxsin rəhbəri 27.02.1976-cı il təvəllüdlü X4r, rəhbərin ünvanı Qəbələ rayonu, Mamaylı kəndidir, əlaqə nömrəsi ***-***-**-** Konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac edilən yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün 07.04.2021-ci il tarixdə 1700-013/003-24/001691 saylı məktubla MMC-nin nümayəndəsi dəvət olunmuş, 23.04,2021-ci il tarixdə 1700-013/003- 26/001950 saylı məktubla MMC-nin rəhbəri X6 dəvət olunmuşdur. Lakin, 07.04.2021-ci il tarixdə 1700-013/003-24/001691 saylı məktub Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olan MMC-yə çatmış, 23.04.2021-ci il tarixdə 1700-013/003- 26/001950 saylı məktub isə X2 Qəbələ rayonu, Mamaylı kəndinə çatdırılsa da, X6 və MMC-nin nümayəndəsi çağırış üzrə gəlməmiş və 3624,03 ABŞ dolları məbləğinin müvəkkil bank hesabına köçürülməməsinin səbəbini də bildirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamə üzrə köçürülməli olan 3624,03 ABŞ dolları (6160,85 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs-nin nümayəndəsi X7 izahat verərək göstərdi ki, nümayəndəsi olduğu Şəxs barəsində tərtib olunan inzibati protokolla razı deyil. Belə ki, Şəxs-yə aid olan **********32 nömrəli YGB daxilolma üzrə bəyan olunub və hazırda qalıq məbləğ 0 USD təşkil edir. Ona görə də hesab edir ki, inzaibati xəta hadisəsi olmadığından nümayəndəsi olduğu Şəxs barəsində olan inzaibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərdiklərini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzaibati xəta haqqında iş üzrə icrata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının nümayənədələrinin iştirakı olamadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsi, Gömrük İdarəsi, Gömrük Prosedurları və X5 Ərazi Baş Gömrük İdarəsinin rəisinə göndərilmiş 05.04.2021-ci il tarixli, 34/012/002014№ li Raportda qeyd edilmişdir ki, Şəxs (VÖEN: **********) 21.09.2019-cu uil tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdiridiyi “alma” məhsulunu X1 **********0632 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi ümumilikdə 3,624,03 ABŞ dolları dəyərindəki (6,160,85 manat, kurs: 1 ABŞ dollar =1,70 AZN) yükün müqabilində köçürülməli olan məbləğləri müvəkkil bank hesabıba köçürülmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan PaşaBank ASC-nin 07.06.2021-ci il tarixli, PB/PBŞ-OUT- 00206-2021 №li məktubundan görünür ki, Şəxs-yə aid olan **********0632 №li YGB daxil olma üzrə bəyan olunub və qalıq məbləğ 0 USD təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar