Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-43/2023 02.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələri ilə tərtib olunmuş TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələri ilə barəsində tərtib edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2022 tarixdə təxminən saat 17 radələrində Quba Xaçmaz yolunun Timiryazev kəndi ərazisindən keçən hissəsində hərəkətdə olduğu Fiat Doblo 50EF956 nömrəli maşınla 60 kilometr surət həddi təyin olunmuş yolda hərəkət etmiş, qarşıda sola manevra etmək məqsədi ilə sola dönmə işığını yandırmışdır. Ondan sonra gələn uzaq məsafədə iki nəqliyyat vasitəsi olmuşdur. Yolun əks istiqaməti boş olmuş, yol nişanlarının dönməyə icazə verdiyi hissədə qırıq qırıq xəttin sola manevra etmək istəyərkən digər zolaqa cıxdıqı anda yol nişanlarının ötməni qadağan etdiyi hissədə “Mercedes ** DJ ***” markalı avtomaşın onun donmə manevrini gözləmədən, ötmənin qadağan olunduğu yolda yolun əks istiqametinə manevra edərək yüksək surətlə ötmə əməliyyat həyata keçirərkən idarə etdiyi “Fiat Doblo” markali maşını sol tərəfdən vuraraq maşınıına xəsarət yetirmişdir. “Mercedes” markalı avtomaşın onun idarə etdiyi avtomaşını sol tərəfini orta hissəsindən vuraraq idarə etdiyi avtomaşının səmtini Xaçmaz şəhəri istiqamətinə çevirərək, bundan sonra yolun kənar hissəsində quraşdırılmış qaz borularını qıraraq dayanmışdır. Quba RPŞ-nin Yol Patrul Xidmətinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli qərara razı deyil və hesab edir ki, həmin qərar ləğv edilməlidir. O, avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsə də, yol hərəkəti haqqında qanunun tələblərini pozmamış, qanunun tələblərini “Mercedes” markalı avtomaşının sürücüsü pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələri ilə barəsində tərtib edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Quba rayon Polis şöbəsinə məlumat verilsə də, Quba rayonu PŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Quba rayonu PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İxlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X1 rayonu, Timiryazev qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 60 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin DYPB-nin polis kapitanı X2 TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi hissəsində ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba rayonu PŞ-nin DYPX-nin polis kapitanı X2 TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi hissəsində ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Quba rayon PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-43/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-43/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver