Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-43/2025 14.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, m ü ə y y ə n e t d i m: Quba RRİ-nin böyük müfəttişi X2 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC hüquqi ünvanı ünvan 1bati xəta hadisəsi Siyəzən rayonunda baş vermişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə Quba RRİ-nin böyük müfəttişi X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və digər sənədlər Quba RRİ-nin böyük müfəttişi X1 qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-43/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-43/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver