Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-432/2024 14.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-cü ildə Quba rayonu, Qalaxudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, işsiz, Quba rayonu, Qalaxudat kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, Zərərçəkmiş şəxs baş və ayaq nahiyyəsindən bir neçə dəfə əli və ayağı ilə vurmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il taıfixdə saat 11:09-da Quba rayonu Xınalıq kənd TTY-nın feldşeri Qubaşah Müzəffərov Quba RPŞ-nin Qonaqkənd PB-nin növbətçi hissəsinə zəng edərək Quba rayonu,Qalaxudat kənd sakini X1 “sol qıçının şişkinlik və qızartı” diaqnozu ilə müraciət etməsi barədə məlumat vermişdir.Deməsinə görə xx.xx.2024-cü il tarixdə əmisi oğlu X3 tərəfindən döyülərək xəsarət almışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı kənddə qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baş, ayaq və bel nahiyyəsinə bir neçə dəfə əli və ayağı ilə vuraraq ona fiziki ağrı yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, həyətyanı sahəsində ona aid olan torbanı axtardığda tövlədə tapa bilməmiş, Mübariz əmisi oğlunun oğlu Sərxandan boru barədə maraqlandıqda, Sərxan götürdüyünü dedikdə, aralarında mübahisə baş vermişdir. Mübariz ona şillə atdıqdan sonra onun ayaq və bel nahiyyəsinə bir neçə yumruq vurmuş, sonra Samir və Hacı onları ayırmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, iki il bundan əvvəl həyətindən bir ədəd dirək kimi istifadə olunan dəmir boru itdikdən sora o, kənd ərazisində bir neçə nəfərdən dəmir borunu maraqlanmışdır. xx.xx.2024-cü i tarixdə oğlu Sərxan əmisi oğlu Malikin həyətində həmin borunu görüb götürərək öz evinə gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində üçün ot gətirən zaman kənd ərazisində əmisi oğlu Maliklə boruya görə mübahisə başlamış və Malik onun yaxasından tutaraq iki dəfə yerə yıxmış o, yerdən duraraq Maliklə birlikdə Malikə məxsus tövlənin yanına getmiş orada Malik yenidən bir dəfə yumruqla onun baş nahiyyəsinə zərbə vurmuşdur. O, buna əsəbləşib yerdə olan daşı götürərək ona atmış, Malik yenidən geri qayıdıb təpik və yumruqlarla onun bədəninin müxtəlif nahiyələrinə vurmuş bu zaman o yerə yıxılmış, Malikdə ayağını başının üzərinə qoyaraq yerə sıxmışdır. Bu vaxt qonşuları Hacı və Samir ora yaxınlaşaraq onları ayırmışdır və Malik söyüşlər söyüb uzaqlaşmışdır. Aralarında barışıq əldə olunmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsində nəzərdə tutulan inzibati təsir tədbiri görülməsi üçün Quba RPŞ-nin Qonaqkənd PB-nə göndərilmişdir. Qərardan həmçinin görünür ki, Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 270 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində obyekt olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutlrı tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı və həmin Məcəllənin 32.2-ci maddəsinə əsasn himayəsində azyaşlı uşaqların olması məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyətini ağırlaşdıran haların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-432/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-432/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver