Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-435/2021 27.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx.xx.1988-ci ildə Rusiya Federasiyası Perm Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonu, Gümür-Dəhnə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 30.03.2021-ci il tarixdə saat 19 radələrində Quba rayonu, Gümür-Dəhnə kəndində evdə şəxsi münasibətlər zəmnində atası Zərərçəkmiş şəxs boğazından tutub sıxaraq üz və bədənin müxtəlif nahiyyələrinə yumruqla xəsartələr yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 30.03.2021-ci il tarixdə saat 19 radələrində atası ilə aralarında mübahisə yaranmışdır. Mübahisəyə səbəb kəndin baytarından onun mal-qaraya vurmaq üçün sifariş etdiyi dərmanı özünün alması olmuşdur. Saat 19 radələrində atası evə gələndə baytara niyə dərmanı onun aldığı üçün irad bildirdiyini soruşduqda o mübahisə etməyə başlamışdır. Atası onun üzərinə gələrək onun boğazından tutmuş, həmin vaxt Zərərçəkmiş şəxs əli ilə onun qolundan vurub əlini çəkmək istəyərkən öz əli ağzına dəymiş və xəsarət almışdır. İnzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. O, Zərərçəkmiş şəxs Əlixan oğlu ilə barışmışdır, Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs, hazırda Quba rayon Polis Şöbəsində inzibati həbsdə olan Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, Şəxs qarşı heç bir tələbi və şikayəti olmadığını göstərərək, işin icrasına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 31 mart 2021-ci il tarixli, 229 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-üst dodaqda əzilmiş yara, sinəsində solda və sağ topuqda qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 30 mart 2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri növünə aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Quba rayon Məhkəməsinə göndərdiyi ərizədən görünür ki, oğluna qarşı heç bir tələb və şikayəti yoxdur, işin icrasına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən müvafiq olaraq o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.9, 110-114, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-435/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-435/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver