Məhkəmə qərarları › İş №3(027)-436/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-436/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-436/2021 01.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə içraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Quba şəhəri, H.Əliyev küçəsi, ev 117-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbayçan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, Müəyyən etdi: Məhkəməyə daxil olmuş inzibati xəta hadisəsi barədə protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 02.06.2020-ci il tarixdə, saat 19:16-da Quba şəhəri H.Əliyev prospektində “ASAN Xidmət”in qarşısındakı dairədə etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra hadisə yerindən yayınmış, 03 iyun 2020-ci il tarixdə saat 17:10 radələrində həmin avtomobil Quba şəhəri, Camo Hacınski küçəsində avtomobil bokslarının arasında polis əməkdaşları tərəfindən aşkar edilmiş, polis əməkdaşları həmin əraziyə yaxınlaşdıqda onlara tabe olmayaraq avtomobili yüksək sürətlə ziq-zaqvari hərəkətlər edərək ərazidən uzaqlaşmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə içraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol ilə razı olmayaraq göstərdi ki, 02.06.2020-ci il tarixdə, saat 19:16-da Quba şəhəri H.Əliyev prospektində “ASAN Xidmət”in qarşısındakı dairədə etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Mercedes” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili onun tərəfindən təmir ediləcəyi barədə avtomobilin sahibi ilə razılaşdıqları həmin yerdən getmişlər. Quba şəhəri, Camo Hacınski küçəsində avtomobilin təmir edildiyi yerdə olan zaman Quba rayon YPXİ-nin əməkdaşı Anar adlı şəxs ona yaxınlaşmış və hadisə yerində yayındığı üçün barəsində protokol tərtib etdiyini bildirdikdə, o etiraz edərək qarşı tərəf ilə razılaşdıqları üçün hadisə yerini tərk etdiyini bildib etiraz edərək avtomobilin idarə edərək oradan uzaqlaşmışdır. Sonradan bilmişdir ki, onun barəsində guya avtoxuliqanlıq etməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, avtomobilin təmir edildiyi yerd hər hansı bir sürəti yığmaq qeyri mümkündür və o heç bir zıq-zaqvari hərəkət etməmi.dir. Məhkəmədə şahid X5 oğlu bildirdi ki, 10 il olar ki, polis orqanlarında çalışır. Hadisəni görməyib. O,əməliyyat qrupunda olan zaman növbətçi hissədən ona bildirmişlər ki, hadisə olub və hadisəni törədən “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü hadisə yerindən yayınıb. “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobill Quba şəhəri, Camo Hacınski küçəsində avtomobil bokslarının arasında aşkar edilmiş, həmin avtomobilin sürücüsü avtomobilin yanında olmamışdır.O,sürücünün kim olmasını maraqlandıqda Bəxtiyar adlı şəxs gəlmiş və ona Polis Şöbəsinə getmək lazım olduğunu bildirdikdə,o, avtomobilə əyləşib yüksək sürətlə oradan uzaqlaşmışdır.Bu barədə o, raport ilə rəhbərliyə müraciət etmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə içraat aparılan şəxs Şəxs və şahid X5 oğlunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilsə də, İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilmir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, inzibati xəta törətmiş Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə icraata xitam verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 3272, 109-112 və 113-114-cü maddələrini rəhbər tutuaraq, məhkəmə Qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə olunsun. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar