Məhkəmə qərarları › İş №3(027)-436/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-436/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-436/2024 27.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Azərbaycan Respubliaksı Səhiyyə Nazirliyindən Quba Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı 23 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı Şəxs MMC-yə məxsus aptek təşkilatında xx.xx.2024-cü il saat 13:15 tarixində aptek təşkilatına dair tələblərin pozulması aşkar edildi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, ərizədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında tərtib edilən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xətaya dair protokolla razı olduqlarını göstərmiş, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin tələbi üzrə minimal həddə 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümyəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza X6 X4 X1 X7 görünür ki, aptek təşkilatı əsaslı təmir olunmalıdır. Aptekdə əczaçılıq ixtisasına malik şəxsin olmadığı və əczaçılıq ixtisasına malik olmayan şəxs X2 dərman vasitələrinin satışını həyata keçirdiyi müəyyən olundu. X3 Məcəlləsinin 452.3-cü maddəsi üzrə (aptek təşkilatına dair tələblərin pozulmasına görə) protokol tərtib olundu. İş materiallarına əlavə edilmiş 09 aprel 2024-cü il tarixli 3-28-1/3-2-410/2024 saylı qərardan görünür ki, Şəxs MMC–nin fəaliyyətinin yoxlanması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə-vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məxsus aptekdə əczaçılıq ixtisasına malik şəxsin olmadığı və əczaçılıq ixtisasına malik olmayan şəxs X2 dərman vasitələrinin satışını həyata keçirdiyi müəyyən olunmuşdur. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131 və 464-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar