Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-438/2025 27.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Quba rayonu, Qam-Qam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, ali təhsilli, evli, işləməyən, Quba rayonu, Rustov İƏD üzrə Qam-Qam kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş irəli xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəm müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN 2088731nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 saylı, xx.xx.2022-ci il tarixli, Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 saylı xx.xx.2022-ci il tarixli və Quba Rayon Məhkəməsinin 2(027)- 1548/2024-008 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş icra məmuru X1 arayışda qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 saylı, xx.xx.2022-ci il tarixli, icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 45258 manat məbləğində pul tutularaq tələbkar X4 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışıdır. Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1700 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq icraata başlanılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-1548/2024-008 saylı xx.xx.2024-cü il tarixli, icra sənədinə əsasən Şəxs 11725 manat pul alınıb X3 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumatlar verilmişdir. Lakin borclu icra sənədləri üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. İcra sənədilərinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İcra sənədləri üzrə cəmi 58753 manat məbləğində borcu olmasına baxmayaraq. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o iki il müddətinə azadlıqdan məhrum olub, indi də iş yeri, əlavə gəlir yeri yoxdur. Bundan başqa da atası xəstədir, atasının tək oğludur, ona baxır, yanvar ayından atası ilə xəstəxanalarda olub. Torpağını satıb borclarını ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru X7 izahatında heç bir başqa əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 45258 manat məbləğində pul tutularaq tələbkar X4 verilməlidir. Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1700 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-1548/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 11725 manat pul alınıb X3 verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarlarının surətindən görünür ki, 1(027)-3/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə, 1(027)-3/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixində icra məmuru Elmar Abdullayevin, 2(027)-1548/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icra məmuru Musa Rəhimovun icraatına daxil olmuşdur. Həmin tarixlərdə tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildirişlər göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2025-ci il tarixli qərarına əsasən, borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli protokol məlumatından məlum olur ki, Quba rayon İcra və Probasiya şöbəsinin müraciətinə əsasən, Şəxs barəsində xx.xx.2025-ci il tarixli, 560143/25 nömrəli axtarış işi açılmış, borclu şəxs kimi Şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 may 2025-ci il il, saat 20:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 25 may 2025-ci il il, saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-438/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-438/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver