Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-440/2021 29.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə Quba rayonu, Yelenovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Hacıhüseynli qəsəbəsində qeydiyyatda olan və yaşayan (X5 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 19 may 2021-ci il tarixdə saat 23:00 radələrində Quba rayonunun Hacıhüsynli kəndində X2 məxsus evdən 47 manat dəyərində elektrik naqilləri oğurlamışdır. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində 29 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, həmkəndlisi Şəhriyar Süleymanova məxsus olan fərdi yaşayış evi vaxtilə mərhum qardaşı Əfqana məxsus olmuş, lakin sonradan satılmışdır. Həmin ev tam təmirli deyil, hazırda da yaşayış yoxdur. Evdən oğurluq hadisəsini o, törətmişdir, son vaxtlar bir qədər spirtli içkiyə aludəçilik yaranmışdır. Hələ fevral aylarında evin plastik pəncərə şüşəsini sındırmış, içkili olmuşdur, 19.05.2021-ci il tarixdə gecə 23 radələrində Şəhriyar Süleymanova məxsus evə gələrək sınıq pəncərədən keçməklə otaqlara quraşdırılmış göy rəngli elektrik naqillərini sökərək oğurlamışdır. Oradan çıxdıqda isə qapıdan deyil, içəridən digər pəncərəni açmaqla çıxmışdır. Oğurlanan elektrik naqillərini kənd ərazisinə gətirərək tanımadığı şəxslərə 58 manata satmışdır. Naqillərin uzunluğu təqribən 100 metrəyə yaxın olmuş, oğurluğu tək törətmiş, bundan Yaşarın xəbəri olmamışdır. Sındırılan pəncərənin arxasında Şəhriyar tərəfindən cərgə ilə düzülmüş mişar daşları olmuş, içəri rahat şəkildə daxil olmaq üçün daşları özü əli ilə dağıtmışdır. Naqilləri maddi imkanı olmadığı üçün oğurlamışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Hacıhüseynli kədində təqribən yanvar aylarında həmkəndlisi Mazan Mazanovdan notarial qaydada alğı-satqı yolu ilə aldığı birmərtəbəli fərdi yaşayış evi vardır. Həmin ev tam təmirli deyildir, aldıqdan sonra da orada təmir işləri aparmamışdır. Fevral ayında evin plastik pəncərə şüşəsinin həmkəndlisi Şəxs tərəfindən sındırılmasını müəyyən etmiş, ondan bu barədə soruşduqda sonuncu bunu təsdiqləmişdir. Sonradan bir neçə dəfə evin ətrafında Şəxs qardaşının oğlu Yaşar adlı şəxsi də görmüşdür, 21.05.2021-ci il tarixdə isə evin sındırılmış olan ağ rəngli plastik pəncərəsindən daxil olaraq otaqlarda olan göy rəngli elektrik naqillərinin sökülərək oğurlanmasını müəyyən etmiş, bu barədə Yaşardan xəbər aldıqda sonuncu ona həmin hadisəni əmisi Əvəzin törətməsini bildirmişdir. Yaşar ona əmisi Əvəzin həmin naqilləri bəzisini satmasını, bəzisini isə yandıraraq iz itirməsini bildimişdir. Naqillər evin ilk sahibi Yaşarın mərhum atası tərəfindən çəkilmişdir. Oğurlanan naqillərin uzunluğu 100 metrəyə yaxındır, Yaşar ona naqilləri hər 1 metrəsini 0,70 manat olmaqla almasını bildirmişdir. Dəymiş olan maddi ziyanın məbləği 100 manata yaxındır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 protokollarda göstərilənləri təsdiq edərək protokolların onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X9 tərəfindən qəbul edilmiş 28 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs 19.05.2021-ci il tarixdə gecə 23 radələrində həmkəndlisi X2 məxsus içərisində yaşayış olmayan birmərtəbəli fərdi yaşayış evinə plastik pəncərənin şüşəsini sındırma yolu ilə daxil olaraq oradan 47 manat dəyərində göy rəngli birxəttli Türkiyə istehsalı Ünal Kablo elektrik naqillərini sökərək oğurlamışdır. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsinin, yəni özgənin əmlakını gizli yolla talama, oğurluq cinayətinin tərkibini yaratmadığından cinayət tərkibi olmadığından oğurluq edən Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X7 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 29 may 2021-ci il tarixdən, saat 15:45-dən hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-440/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-440/2021
29.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver