Məhkəmə qərarları › İş №3(027)-445/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-445/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-445/2024 25.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 22 may 2024-cü il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(027)- 445/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-268/2024 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Quba Rayon Məhkəməsinin 3(027)-445/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı və 3(027)-445/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərardadı ləğv edilmiş və inzibati material birinci instansiya məhkəməsinə, hazırlıq mərhələsinə qaytarılmışdır. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda zərərçəkmiş şəxs və şahidlər haqqında məlumat göstərilməmişdir (adı, atasının adı, soyadı, yaşadığı yerin ünvanı) (Azərbaycan Respublikası İXM-nin 100.1.6-ci maddəsi). Bununla da Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola aid tələblər pozulmuşdur. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)- 268/2024 saylı qərarında da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməli olması, lakin göstərilməməsi, həmin Məcəllənin 100.2, 100.3-cü maddələrinin təəblərinin pozulması, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən qeyd olunan normaların pozularaq iş üzrə səthi araşdırılma aparılmış, hadisə yerində olan digər şəxslərin heç birinin izahatı alınmamış, hadisə barədə şikayətçi Zərərçəkmiş şəxs olmasına baxmayaraq o, iş üzrə şahid qismində dindirilmiş, onun zərərçəkmiş şəxs olaraq hüquqları təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 21 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol və digər sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar